Azərbaycan Prezidenti
İlham Əliyev İranın ölkəmizdəki
səfiri Nəsir Nəmidi Zareni diplomatik fəaliyyətinin başa
çatması ilə əlaqədar qəbul etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının
ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri Nəsir Həmidi Zareni diplomatik fəaliyyətinin
başa çatması
ilə əlaqədar
qəbul etmişdir.
Görüşdə səfirin Azərbaycandakı
diplomatik fəaliyyəti
müddətində iki
ölkə arasında
əlamətdar hadisələrin
baş verdiyi, qarşılıqlı səfərlərin,
müxtəlif səviyyəli
görüşlərin keçirildiyi
və ayrı-ayrı
anlaşmaların əldə
edildiyi vurğulandı.
Səfirə gələcək fəaliyyətində
uğurlar arzulayan Prezident İlham Əliyev ölkələrimiz
arasında münasibətlərin
gələcəkdə də
inkişaf edəcəyinə
ümidvar olduğunu bildirdi.
Azərbaycan.-2009.-21 aprel.-S.2.