Azərbaycanın yəhudi icmasına

 

Hörmətli həmvətənlər!

Tarixin ən kütləvi insan fəlakətinə səbəb olmuş İkinci Dünya müharibəsi bir çox xalqların, xüsusilə yəhudi xalqının həyatında müdhiş qara səhifə kimi yaşamaqdadır. Bu qanlı savaş zamanı milyonlarla yəhudi əsilli insan faşizmin günahsız qurbanına çevrilərək, məqsədyönlü soyqırımı siyasətinə məruz qalmışdır.

1943-cü ilin aprelində Varşava yəhudi gettosunda saxlanan məhbuslar faşizmin qanlı cinayətlərinə, milli-dini ayrı-seçkiliyə qarşı qətiyyətli etiraz aksiyasına başlamış, qeyri-bərabər ölüm-dirim savaşında qəhrəmanlıqla həlak olsalar da, öz milli haqları insani ləyaqəti uğrunda şərəfli mübarizə örnəyi vermişlər. Faşizmlə mübarizədə mənəvi qələbə rəmzinə çevrilmiş bu hadisə tarixə təkcə yəhudilərin müsibəti deyil, eyni zamanda, qəhrəmanlıq nümunəsi kimi daxil olmuşdur.

Təəssüflə qeyd etmək istəyirəm ki, tarixdən ibrət dərsi götürməyən ayrı-ayrı siyasi-şovinist dairələr, irticaçı rejimlər ideologiyalar bu gün beynəlxalq sülh əmin-amanlıq üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Son iyirmi ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilmiş deportasiya etnik təmizləmə siyasəti, kütləvi qətl terror aksiyaları, nəhayət Xocalıda azərbaycanlıların dəşhətli qətliamı zəmanəmizin acı gerçəkliyidir. Biz hansı coğrafiyada törədilməsindən asılı olmayaraq, etnik-dini düşmənçiliyin ayrı-seçkiliyin hər cür təzahürünü bütövlükdə bəşər sivilizasiyasını təhdid edən cinayət kimi qiymətləndirir dünya birliyini bu bəşəri təhlükəyə qarşı səfərbər olmağa dəvət edirik.

Əziz həmvətənlər!

Hər il mütərəqqi dünya ictimaiyyəti Yəhudi xalqının müsibəti qəhrəmanlığı gününü böyük ehtiramla yad edir. Bu milli hüzn gününüzdə Azərbaycan xalqı adından bir daha kədərinizə şərik olduğumu bildirir, irticanın bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2009-cu il 

 

Azərbaycan.-2009.-21 aprel.-S.2.