Milli Təhlükəsizlik Nazirliyində görüş

 

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən bildirmişlər ki, aprelin 20- Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən konfransında iştirak etmək üçün ölkəmizə səfərə gələn Qətər Dövlətinin Daxili İşlər Nazirliyi Ümumi Təhlükəsizlik Baş İdarəsinin baş direktoru general-mayor Saad Casim Əl-Xuleyfi ilə görüşmüşdür.

Qonağı səmimi salamlayan nazir Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyi tərəfindən görülən işlər barədə danışmış, beynəlxalq terrorçu təşkilatlarla sıx əlaqələri olan mütəşəkkil transmilli cinayətkar qrupların zərərsizləşdirilməsi üzrə həyata keçirilən tədbirləri, eləcə antiterror koalisiyasının fəal üzvlərindən biri kimi Azərbaycanın bu istiqamətdə dönməz ardıcıl mövqeyini qeyd etmişdir. Nazir, eyni zamanda, regiondakı mövcud əməliyyat şəraiti, ona təsir göstərən amillər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, nəzarət olunmayan ərazilərin doğurduğu fəsadlar, qanunsuz miqrasiya, narkotrafik digər məsələlər, həmçinin bununla əlaqədar həyata keçirilən adekvat tədbirlər barədə geniş məlumat vermişdir. Eldar Mahmudov Azərbaycan Qətərin müvafiq qurumları arasında informasiya təcrübə mübadiləsinin, habelə hər iki dövlətin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Səmimi mehriban qarşılandığına, ətraflı məlumata görə təşəkkürünü çatdıran qonaq, Bakı konfransında iştirak etmək üçün qardaş Azərbaycana səfərindən xoş təəssürat aldığını qeyd etmişdir. Saad Casim Əl-Xuleyfi bu cür görüşlərin transmilli cinayətkarlıqla, o cümlədən beynəlxalq terrorçuluqla mübarizə işində hər iki dövlətin müvafiq strukturları arasında əməkdaşlığın inkişaf perspektivlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıdığını söyləmişdir. General-mayor Saad Casim Əl-Xuleyfi Qətər Azərbaycan münasibətlərinin indiki səviyyəsindən böyük məmnunluq hissi duyduğunu, ölkələrimiz arasındakı dostluq tərəfdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir.

İşgüzar qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Qətərin Azərbaycandakı səfiri Şeyx Mubarək bin Fəhd Casim Al Tani iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-21 aprel.-S.2.