"Muzey idarəetməsi" mövzusunda milli seminar-treninq keçirilir

 

Aprelin 20-də Bakıdakı Muzey Mərkəzində YUNESKO-nun Moskva bürosunun MDB- üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə "Muzey idarəetməsi" mövzusunda milli seminar-treninq işə başlamışdır.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə muzey işinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlərdən söz açmış, dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə mədəniyyət ocaqlarının əsaslı təmir edildiyini müasir avadanlıqlarla təchiz olunduğunu bildirmiş demişdir ki, həyata keçirilən tədbirlər xalqımıza məxsus tarixi maddi mədəniyyət nümunələrinin qorunması, bərpası gələcək nəsillərə çatdırılması istiqamətində atılan addımların əsas tərkib hissəsidir.

Milli seminar-treninqin əhəmiyyətini vurğulayan nazir bildirmişdir ki, belə tədbirlər iştirakçılara digər ölkələrin təcrübəsini öyrənməyə bu sahədə fəaliyyəti əlaqələndirməyə imkan yaradacaqdır.

Bildirilmişdir ki, treninqin əsas məqsədi muzeylərin müasir dövrdə təhsil tədris mərkəzlərinə çevrilməsi, respublikanın peşəkar muzey mütəxəssislərinin müxtəlif mövzularda mühazirələrinin dinlənilməsi, regionlarda muzey işçiləri cəlb olunmaqla təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

YUNESKO-nun Moskva bürosunun mədəniyyət sahəsində proqram mütəxəssisi Lyubava Moreva qeyd etmişdir ki, ötən il Sankt-Peterburq şəhərində keçirilmiş treninqdə Azərbaycan tərəfi fəal iştirak etmişdir.

L.Moreva demişdir ki, bu layihə muzey işinin təkmilləşdirilməsi mədəni irsin qorunmasında böyük rol oynayacaqdır. Muzey işçiləri bu seminardan muzey işinin təşkili üzrə yeni metodların kompleks şəkildə öyrənilməsi, digər muzeylərlə birbaşa əlaqələrin qurulması təcrübəsini lazımi informasiyaları əldə edəcəklər.

Tədbirdə MDB ölkələri üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Tatyana Budnovanın tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxunmuşdur.

Seminarin ilk günündə "Azərbaycan muzeyinin mövcud vəziyyəti", "YUNESKO-nun Azərbaycanda mədəniyyət sahəsində son illər ərzindəki fəaliyyəti", "Muzey ədəbi öyrədən məkandır", "Azərbaycan muzeylərində təhsil proqramları" digər mövzularda məruzələr dinlənilmişdir.

Aprelin 22-dək davam edəcək treninqdə muzeylərin direktorları əməkdaşları iştirak edirlər.

 

 

Azərbaycan.-2009.- 21 aprel.-S.5.