Yol hərəkəti haqqındaAzərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. “Yol hərəkəti haqqındaAzərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 9, maddə 564; 2001-ci il, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 8 maddə 463; 2003-cü il, ¹ 8, maddə 424; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 11, maddə 901; 2005-ci il, ¹4, maddə 277, ¹ 10, maddə 874, ¹ 11, maddə 993; 2006-cı il, ¹ 12, maddə 1027; 2007-ci il, ¹ 6, maddə 560, ¹ 11, maddələr 1053, 1091; 2008-ci il, ¹ 2, maddə 49, ¹ 6, maddələr 453, 463; ¹ 7, maddə 602) aşağıdakı əlavələr dəyişikliklər edilsin:

 

1.66-cı maddəyə aşağıdakı məzmunda III, IV, V VI hissələr əlavə edilsin:

2.“III. 5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonanın başladığı yerdə, 5.41, 5.43, 5.45, 5.47 yol nişanları həmin zonanın qurtardığı yerdə quraşdırılır.   5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonada yerləşən bütün yollarda qüvvədə olur.

IV. Qəza dayanacağı yerləri təcili rabitə telefonu ya yanğınsöndürənlə təchiz edildikdə 5.48.1 5.48.2 “Qəza dayanacağı yeriyol nişanlarının aşağı hissəsində müvafiq olaraq 6.17 6.18 yol nişanları quraşdırılır.

V. 5.49.1, 5.49.2 5.49.3 yol nişanları tunellərdə maksimum 50 metr bir-birindən aralı olmaqla 1-1,5 metr hündürlükdə yan divarlarda quraşdırılır qəza çıxışlarının istiqamətini məsafəsini göstərir.

VI. 5.50.1, 5.50.2 5.50.3 yol nişanları avtomagistraldan çıxış yerlərinədək olan məsafəni göstərir.”.

2. 69-cu maddənin VI hissəsinin 10-cu bəndində “3.28 nişanısözləri “3.28, 5.40 nişanlarısözləri ilə əvəz edilsin.

3. “Yol hərəkəti haqqındaAzərbaycan Respublikasının Qanununa 4 saylı əlavə - “Yol nişanları”nın:

3.1. “I. Xəbərdarlıq nişanlarıqrupu üzrə:

3.1.1. 1.6 yol nişanı çıxarılsın 1.6.1-1.6.6 “Eyni əhəmiyyətli yolların kəsişməsiyol nişanları əlavə edilsin;

3.1.2. 1.16 yol nişanı 1.16.1 yol nişanı hesab edilsin 1.16.2 “Çökmüş yol 1.16.3 “Qabarıq yolyol nişanları əlavə edilsin;

3.1.3. 1.33 “Tıxac yaranmış sahəyə yaxınlaşma barədə xəbərdarlıqyol nişanı əlavə edilsin;

3.2. “V. Məlumatverici-göstərici nişanlarqrupuna 5.40 “Durmaq qadağandır zonası”, 5.41 “Durmaq qadağandır zonasının qurtaracağı”, 5.42 “Müəyyən vaxtda durmaq qadağandır zonası”, 5.43 “Müəyyən vaxtda durmaq qadağandır zonasının qurtaracağı”, 5.44 “Duracaq zonası”, 5.45 “Duracaq zonasının qurtaracağı”, 5.46 “Maksimal sürətin məhdudiyyəti zonası”, 5.47 “Maksimal sürətin məhdudiyyəti zonasının qurtaracağı”, 5.48.1 5.48.2 “Qəza dayanacağı yeri”, 5.49.1, 5.49.2 5.49.3 “Qəza çıxışlarının istiqaməti məsafəsi”, 5.50.1, 5.50.2 5.50.3 “Avtomagistraldan çıxış yerinə qədər məsafə”, 5.51 “Yaşayış zonası 5.52 “Yaşayış zonasının qurtaracağıyol nişanları əlavə edilsin;

3.3. “VI. Servis nişanlarıqrupuna 6.17 “Təcili əlaqə telefonu 6.18 “Yanğınsöndürənyol nişanları əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 24 fevral 2009-cu il.

 

Azərbaycan.-2009.-18 aprel.-S.3.