“Bələdiyyələrin
birgə fəaliyyəti,
birləşməsi, ayrılması
və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin
fəaliyyətinə inzibati
nəzarət haqqında”
Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər
və əlavələr
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır :
1.2-ci maddənin
birinci hissəsinin
2-ci bəndində “bələdiyyələrin
birləşməsi barədə
müsbət nəticə
əldə edildikdə”
sözləri “iştirak
etmiş vətəndaşların
yarısından çoxu
bələdiyyələrin birləşməsinin “lehinə”
səs verdikdə” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci hissəsi çıxarılsın.
2. 3-cü maddənin
ikinci hissəsi çıxarılsın.
3. 6-cı maddədə
“3-cü” sözü “8-1-ci” sözü ilə əvəz edilsin.
4. 8-ci maddədə
aşağıdakı dəyişikliklər
və əlavələr
edilsin:
4.1. birinci hissənin 1-ci bəndində “müvafiq uçot məlumatından”
sözləri “ərazi
vahidi kimi ərazi vahidlərinin və inzibati ərazi dairələrinin
Dövlət reyestrindən”
sözləri ilə əvəz edilsin;
4.2. ikinci hissə aşağıdakı redaksiyada
verilsin:
“Ərazi vahidi kimi ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət
reyestrindən çıxarılan
və ərazisi hüdudlarında bələdiyyənin
mövcud olduğu digər ərazi vahidinin (şəhər, qəsəbə, kənd)
ərazisinə birləşdirilən
yaşayış məntəqəsinin
hüdudlarında ləğv
edilmiş bələdiyyənin
mülkiyyəti və
onunla bağlı hüquqlar (vəzifələr)
hüquq varisliyi qaydasında müvafiq bələdiyyəyə keçir. Digər
hallarda ləğv edilərək mövcudluğuna
xitam verilmiş bələdiyyənin daşınar
və daşınmaz əmlakı müvafiq icra hakimiyyəti orqanının sərəncamına
verilir.”;
4.3. maddəyə aşağıdakı
məzmunda üçüncü
və dördüncü
hissələr əlavə
edilsin:
“Ləğvetmə prosesində
kreditorla hesablaşmalarda
bələdiyyə torpaqlarından
istifadəyə yol verilmir.
Ləğv edilmiş
bələdiyyənin səlahiyyət
müddəti bu barədə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
bu maddənin birinci hissəsinə uyğun olaraq qəbul edilmiş qərar qüvvəyə
mindiyi gündən bitmiş hesab edilir.”.
5. Aşağıdakı
məzmunda 8-1-ci maddə
əlavə edilsin:
“Maddə 8-1. Bələdiyyələrin
birləşməsi, ayrılması
və ləğvi ilə bağlı komissiyalar
Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən bələdiyyələrin
birləşməsi, ayrılması
və ləğv edilməsi ilə bağlı qəbul edilmiş qərar qüvvəyə mindikdən
sonra bələdiyyələrin
birləşməsi, ayrılması
və ləğvi ilə bağlı mülkiyyət, maliyyə
və başqa məsələlərin həlli
üçün müvafiq
icra hakimiyyəti orqanının qərarı
əsasında müvafiq
icra hakimiyyəti orqanlarının nümayəndələri
və bələdiyyə
üzvlərindən ibarət
komissiyalar yaradılır.”.
II. “Bələdiyyələrin
fəaliyyətinə inzibati
nəzarət haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003-cü il, ¹ 6, maddə 268;
2006-cı il, ¹ 2, maddə
67) aşağıdakı məzmunda
6.0.7-ci maddə əlavə
edilsin:
“6.0.7. bələdiyyələrin birləşməsi və
ayrılması ilə
bağlı keçirilmiş
yığıncağın (yığıncaqların) nəticələrinin
rəsmiləşdirilməsinə dair qərarlar.”.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
17 mart 2009-cu il.
Azərbaycan.-2009.-18 aprel.-S.3.