Tarixin yadigarları qayğı sevir

 

Erməni qəddarlığı, amansızlığı barədə fikir söyləmək istəmirik. Çünki onların qeyri-adi insani cəhətləri, mənfur xislətləri bəllidir. Ancaq rəsmi məlumata istinadən bəzi faktları xatırladırıq: indi Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus 1200 abidəni ya darmadağın ediblər, ya da "özəlləşdiriblər". Onların yırtıcılığı, dağıdıcılığı o həddə çatmışdı ki, hətta ötən əsrin 70-ci illərində Kəlbəcərin, Laçının, Şuşanın, ümumiyyətlə, Qarabağ ərazilərindəki daş fiqurlara, tarixi yadigarlara öz əqidələrinə, məsləklərinə uyğun işarələr vururdular.

17 ildir ki, özü tarixi abidə kimi qəbul edilən Şuşa düşmən tapdağı altında inildəyir. Sakinləri ata-baba yurd yerlərindən məcburiyyət qarşısında didərgin düşüblər. Özü yandırılıb, dağıdılıb, uçurulub. Qəsbkar ermənilərin alçaqlığı o həddə çatıb ki, dünyada tanınan dahi Üzeyir bəy Hacıbəyovun, Bülbülün, Natəvanın "Bazar başı" deyilən ünvanda ucaldılmış büstlərini də güllələyiblər.

İşğal altındakı ərazilərdə Dirili Qurbaninin, Sarı Aşığın, Aşıq Ələsgərin məzarları da dağıdılıb, təhqirə məruz qalıb. 400-dən artıq tarixi abidə məhv edilib. Füzuli rayonundakı Azıx mağarası uçurdulub. Zəngilan ərazisindəki 106 hektarlıq "Rəzdərə çinarlığı" yerlə yeksan olunub.

Ulu öndər Heydər Əliyev tarixi abidələrin mühafizəsi bərpası ilə bağlı bir neçə fərman imzalayaraq bu sahədə görüləcək əsas işlərin istiqamətini müəyyənləşdirdi. Ümummilli liderin ənənələrini uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət qayğısı sayəsində Azərbaycanda mühüm işlər görüldü.

Respublika mədəniyyət turizm naziri Əbülfəs Qarayev mətbuata verdiyi müsahibəsində demişdir: "Dövlətimizin başçısı cənab İlham Əliyevin diqqəti, qayğısı ilə milli, tarixi sərvətlərimizin qorunması, bərpası sahəsində tədbirlər görülmüş, xeyli memarlıq abidələri bərpa olunmuş, arxeoloji qazıntı işləri aparılmış, məscid kilsələr bərpa olunaraq istifadəyə verilmişdir. Unikal mədəniyyət abidələrinə həssas yanaşmağın nəticəsi olaraq sərvətlərimizin incisi Qobustan qoruğu 2007-ci ildə Ümumdünya İrs Siyahısına daxil edilmiş, xalqın inanc, güvənc ünvanları - Kürmük məbədi, Rustov kənd məscidi daxil olmaqla xeyli məbəd, kilsə, məscid, memarlıq abidələri üzərində əsaslı bərpa-təmir işləri aparılmışdır. Abidələrə, xalqın, torpağın canlı yaddaşı sayılan tarixi-mədəni incilərə diqqət qayğını bundan sonra da davam etdirəcəyik".

İnanırıq ki, tezliklə işğal altında qalan torpaqlarımız qəddar, qaniçən düşmən tapdağından azad olunacaq, ərazilərimizdəki tarixi abidələr ikinci ömürlərini yaşayacaqlar. Onlar da Abidələr Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın siyahısına daxil olunacaqlar.

 

 

T.Ağaoğlu

 

Azərbaycan.-2009.-18 aprel.-S.7.