Bəstəkarın xatirəsi
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
musiqi sənəti fakültəsinin təşkilatçılığı
ilə görkəmli Azərbaycan bəstəkarı, milli
romans janrının banisi Asəf Zeynallının 100 illik
yubileyinə həsr olunmuş elmi-praktik konfrans
keçirilmişdir.
Konfransı giriş
sözü ilə ADMİU-nun elm və yaradıcılıq
işləri üzrə prorektoru, professor Maral Manafova
açmışdır. Musiqişünaslıq
kafedrasının müdiri, dosent Ellada Hüseynova bəstəkarın
qısa ömrü, parlaq istedadının məhsulu olan dəyərli
əsərlərinin məziyyətləri barədə
çıxış edərək tələbələrin
A.Zeynallının sənətkar dəst-xəttinə
böyük maraq göstərdiklərini vurğuladı. Bu
marağı konfransda çıxış edən tələbələrdən
Ülkər Əliyevanın, Vüsalə Cəfərovanın,
Nabat Əsgərovanın bəstəkar barədə söylədiklərindən
də bilmək olardı.
"Asəf
Zeynallının yaradıcılıq portreti", "Asəf
Zeynallı romans janrının banisi kimi", "Asəf
Zeynallının simfonik yaradıcılığı ilə
fortepiano üçün yazılmış əsərləri"
mövzusunda tələbə-musiqiçilərin məruzələri,
Zərif Şıxəliyeva və Aygün Məmmədovanın
ifaları dinləyicilər tərəfindən
alqışlarla qarşılandı. Tələbələrin
ifasında səslənən "Uşaq süitası",
"Cahargah" pyesi, "Ölkəm" romansı,
"Deyişmə" kimi əsərləri bəstəkarın
ölməz ruhuna layiqli töhfə, tələbə
ehtira-mı idi.
Ülviyyə Vahidqizı
Azərbaycan.-2009.-18 aprel.-S.7.