Azərbaycan Bəstəkarlar
İttifaqının maddi-texniki
bazasının yaxşılaşdırılması
haqqında Azərbaycan
Respublikasi Prezidentinin Sərəncamı
Azərbaycan Bəstəkarlar
İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin
yaxşılaşdırılması məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Bəstəkarlar
İttifaqına zəruri avadanlıqların alınması
üçün Azərbaycan Respublikasının 2009-cu il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir)
milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci bəndində göstərilən vəsaitin Azərbaycan
Bəstəkarlar İttifaqına ayrılmasını təmin
etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
4. Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 aprel 2009-cu il
Azərbaycan.-2009.-22 aprel.-S.2.