Malın müəyyən ölkə mənşəli hesab olunması üçün həmin ölkədə həyata keçirilmiş istehsal texnoloji əməliyyatların, şərtlərin siyahısına dəyişiklik edilməsi haqqındaMüstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının qərarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı

1. 2007-ci il dekabrın 14-də Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurası tərəfindən qəbul edilmiş “Malın müəyyən ölkə mənşəli hesab olunması üçün həmin ölkədə həyata keçirilmiş istehsal və texnoloji əməliyyatların, şərtlərin siyahısına dəyişiklik edilməsi haqqında” qərar təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2009-cu il 

 

 

Azərbaycan.-2009.-22 aprel.-S.2.