Bakıda "Mədəniyyətlərarası
dialoqda gənc qadınların rolu" mövzusunda beynəlxalq görüş
keçirilmişdir
Aprelin 21-də Bakıda
"Mədəniyyətlərarası dialoqda gənc qadınların rolu " mövzusunda beynəlxalq görüş
keçirilmişdir.
Görüşün keçirilməsində məqsəd
Avropa məkanında mədəniyyətlərarası dialoqun genişlənməsində,
sülhün bərqərar
olmasında və möhkəmlənməsində, eləcə də qloballaşan dünyada müxtəlif ayrı-seçkiliyin
qarşısının alınmasında
gənclərin, xüsusən
də qadınların
rolunu artırmaqdır.
Tədbirdə bu cür beynəlxalq
görüşlərin keçirilməsi
dünyada qadınların
qarşılaşdıqları problemlərin həllində,
xüsusən də dini, irqi ayrı-seçkiliyin
aradan qaldırılmasında
və bu sahədə əməkdaşlığın
genişlənməsində mühüm rol oynayacağı bildirilmişdir. Qeyd olunmuşdur
ki, qadınlar arasında işsizliyin, yoxsulluğun aradan qaldırılması, onların
təhsilə cəlb
olunması üçün
beynəlxalq təşkilatlar
çərçivəsində xüsusi tədbirlər görülür. Bununla yanaşı,
qadınların cəmiyyətdə
mövqeyinin gücləndirilməsi,
onların fundamental hüquqlardan
istifadə etmələri
üçün bir sıra qərarlar qəbul olunmuşdur.
Tədbirə 15 ölkədən, o cümlədən Rusiya, Bolqarıstan, Ukrayna, Gürcüstan, Baltikyanı
və Avropa ölkələrindən nümayəndələr
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.-2009.-22 aprel.-S.5.