Goranboyda qədim memarlıq nümunələri tapılıb

 

Goranboy rayonunun Gürzalılar kəndində qədim memarlıq nümunələri tapılıb.

Rayon mədəniyyət turizm şöbəsindən verilən məlumata görə, Gürzahlar kəndinin yaxınlığındakı Azıx çaynıın sahilindən təxminən VIII-XII əsrlərə aid yonulmuş tikinti daşları üzə çıxıb. Həmin ərazidə torpağın alt qatlarında qədim şəhər ya saray tipli yaşayış məntəqəsinin olduğu ehtimal edilir. Memarlıq nümunələri tapılan ərazidə arxeoloji tədqiqatların aparılmasına ehtiyac olduğundan rayon rəhbərliyi tərəfindən AMEA-nın Arxeologiya ve Etnoqrafıya İnstitutu-na müraciət edilmişdir.

İndiyədək Goranboy rayonu erazisində tapılmış belə nümunələr əsasında aparılan arxeoloji qazıntılar nəticəsində qədim Azərbaycan tarixinin bir çox qaranlıq səhifələrinə aydınlıq gətirilib.

 

 

Azərbaycan.-2009.-22 aprel.-S.7.