Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat
naziri ümummilli lider Heydər Əliyevin məzarını
və Şəhidlər
Xiyabanını ziyarət
etmişdir
Azərbaycanda səfərdə
olan Birləşmiş
Ərəb Əmirliklərinin
iqtisadiyyat naziri,
Federal Nəqliyyat və
Federal Mülki Aviasiya
qurumlarının sədri
Sultan bin Səid Al Mənsurinin
başçılıq etdiyi
nümayəndə heyəti
aprelin 22-də Fəxri
Xiyabana gələrək
müasir Azərbaycan
dövlətinin memarı
və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülmüşdür.
Sonra qonaqlar Şəhidlər Xiyabanında
Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş
qəhrəman Vətən
övladlarının xatirəsini
anmış, “Əbədi
məşəl” abidəsinin
önünə əklil
qoymuşlar.
AzərTAc
Azərbaycan.-2009.-23 aprel.-S.5.