İKT-nin üzvü olan ölkələrin hüquq-mühafizə orqanlarının rəhbərlərinin
konfransı cinayətkarlıqla
birgə mübarizədə
əməkdaşlığın genişlənməsinə xidmət
edəcəkdir
Aprelin 22-də Azərbaycanın
xarici işlər nazirinin müavini Xələf Xələfov
İslam Konfransı Təşkilatının (İKT) baş katibinin müavini İzzət Kamil Müfti ilə birgə İKT-nin üzvü olan ölkələrin hüquq-mühafizə orqanlarının
rəhbərlərinin Bakı
konfransının yekunlarına
həsr olunmuş mətbuat konfransı keçirmişlər.
Konfransın əhəmiyyətindən
danışan Xələf
Xələfov bildirmişdir
ki, tədbir İKT-nin üzvü olan ölkələr arasında transmilli mütəşəkkil cinayətkarlığın,
beynəlxalq terrorçuluğun,
ekstremizmin, təcavüzkar
separatizmin, silahların,
narkotik vasitələrin,
psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz
dövriyyəsinin, insan
alverinin, qanunsuz miqrasiyanın, cinayət yolu ilə əldə
olunmuş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin
və korrupsiyanın qarşısının alınmasına
öz töhfəsini
verəcək, əməkdaşlığın
inkişaf etdirilməsində
mühüm rol oynayacaqdır. Tədbirin yekunlarına dair
qəbul olunmuş bəyannamədə bu məsələlərə geniş
yer ayrılmışdır.
Sənədin tövsiyə xarakteri daşıdığını qeyd edən Xələf Xələfov
vurğulamışdır ki,
buna əsaslanan fəaliyyət mexanizmi yaradılarsa, nəticə
əldə etmək olar. Nazir müavini İran
nümayəndə heyətinin
konfransda İKT Hüquq-Mühafizə
Orqanlarının Əməkdaşlıq
Mərkəzinin yaradılması
təklifi ilə çıxış etdiyini
deyərək, onun müsbət qarşılandığını
söyləmişdir.
Konfransın yüksək səviyyədə
təşkilinə görə
Azərbaycan hökumətinə
təşəkkür edən
İKT baş katibinin
müavini İzzət
Kamil Müfti isə tədbiri təşkilatın üzvü
olan ölkələrin
cinayətkarlıqla birgə
mübarizə aparması
üçün atdıqları
ilk addım hesab etmişdir. İKT-nin
rəsmisi bildirmişdir
ki, konfrans təşkilata üzv olan ölkələrin fəaliyyətlərinin əlaqələndirməsinə
xidmət edəcəkdir.
Birgə
fəaliyyət olmasa,
mütəşəkkil cinayətkar
şəbəkələrin qarşısını almaq
mümkün olmayacaqdır.
Çünki cinayət vətəni,
milliyyəti olmayan məfhumdur.
AzərTAc
Azərbaycan.-2009.-23 aprel.-S.5.