Prezident İlham ƏliyevHava limanıyarımstansiyasında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də “Hava limanı” yarımstansiyasında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, dövlət əhəmiyyətli obyekt olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanının elektrik enerjisinə tələbatını ödəmək məqsədi ilə köhnə 110/10 kilovoltluq yarımstansiyanın əvəzinə tamamilə müasir tipli 110\35\10 kilovoltluq yeniHava limanıyarımstansiyası inşa edilmişdir.

Bildirildi ki, “Siemensfirmasının istehsalı olan ən müasir elektrik avadanlığının quraşdırıldığı yarımstansiyada eleqaz açarlarla təchiz olunmuş 110 kilovoltluq açıq, 35 10 kilovoltluq qapalı paylayıcı qurğular tikilib istismara verilmişdir. Yarımstansiyada hər birinin gücü 25 meqavoltamper olan 110\35\10 kilovoltluq iki transformator quraşdırılmışdır. Bir hektar sahəsi olan yarımstansiyanın ərazisində əsaslı abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır. Yarımstansiya aeroport yolunun ətrafında inşa edilən biznes mərkəzlərinin digər obyektlərin elektrik enerjisi ilə fasiləsiz təchizatına, həmçinin gələcəkdə burada inşa olunacaq 35 kilovoltluq yarımstansiyaların qidalandırılmasına imkan yaradacaqdır.

Obyektin elektrik enerjisi təchizatı üzrə xüsusi kateqoriyaya aid olması nəzərə alınaraq, 220/110 kilovoltluqHövsanyarımstansiyasından buraya birbaşa 16,1 kilometr uzunluğunda ikidövrəli 110 kilovoltluq hava elektrik ötürücü xətti çəkilmişdir.

Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

 

 

AzərTAc 

 

Azərbaycan.-2009.-24 aprel.-S.1.