Roma Papası XVI Benedikt həzrətlərinə
Zati-müqəddəsləri!
Tacqoyma gününüz münasibətilə şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Ümidvaram ki, Azərbaycan ilə Vatikan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim ümumbəşəri dəyərlərin, insanlar arasında qarşılıqlı anlaşmanın və həmrəyliyin bərqərar olmasına töhfələr verəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali xidmətinizdə uğurlar, həmməzhəblərinizə sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 aprel 2009-cu il
Azərbaycan.-2009.-24 aprel.-S.1.