Tanınmış ictimai xadim Dilruba Camalovanın
xatirəsini anma mərasimi keçirilmişdir
Aprelin 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
(AQUPDK) ölkəmizin müstəqilliyinin
və dövlətçiliyimizin
qorunub möhkəmləndirilməsində
layiqli xidməti olan Dilruba Camalovanın
xatirəsini anma mərasimi keçirmişdir.
Azərbaycan Prezidenti Administrasiyasının
humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fatma Abdullazadə D.Camalovanın
ictimai-siyasi fəaliyyətindən
danışmışdır. F.Abdullazadə bildirmişdir ki, D.Camalova 1993-cü ilin avqust hadisələrində
Azərbaycanın müstəqilliyinin,
ərazi bütövlüyünün
qorunması uğrunda
vuruşan bir sərkərdə kimi həyatının ən böyük uğurunu qazandı. Azərbaycan qadınlarının inkişaf tarixində D.Camalovanın xüsusi yeri, mövqeyi vardır. O, hər bir söhbətdə böyük müdrikliklə
gender siyasətinin mahiyyətini
açıqlayırdı. Onu narahat edən məsələlərdən biri
ailələrdə qadınların
maariflənməsində qoyulan
məhdudiyyətlər idi.
Mən inanıram ki, D.Camalova haqqında bir çox həqiqətlər gələcək
nəsillərə çatdırılacaq,
Azərbaycan qadını
durduqca onun əziz xatirəsi ürəklərdə yaşayacaqdır.
AQUPDK-nın sədri
Hicran Hüseynova D.Camalovanın ictimai-siyasi
xadim olması ilə yanaşı, həm də gözəl ailə başçısı, qayğıkeş
ana olduğunu bildirmişdir. Komitə sədri
demişdir ki, Dilruba xanım əmək fəaliyyətinə
müəllim kimi başlamış, müxtəlif
sahələrdə çalışmış,
uzun illər Lənkəran şəhər
rəhbərliyinə başçılıq
etmişdir.
Ombudsman Elmira Süleymanova,
Konstitusiya Məhkəməsinin
sədr müavini Sona Salmanova, təhsil nazirinin müavini İradə Hüseynova, Konstitusiya Məhkəməsinin hakimi
Südabə Həsənova,
Bakı Şəhər
İcra Hakimiyyəti başçısının müavini
Fiduma Hüseynova, Bakı Dövlət Universitetinin müəllimi
Möminat Ömərova,
həkim-endekrinoloq Tamfira
Əliyeva və başqaları çıxış
edərək ölkəmizin
dövlətçiliyinin və
müstəqilliyinin qorunmasında
D.Camalovanın xidmətlərini
yüksək qiymətləndirmişlər.
Tədbirdə “Dilruba Camalova-70" kitabının
təqdimatı olmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-24 aprel.-S.3.