Cənubi Afrika Respublikasının
Prezidenti zati-aliləri
cənab Kqalema Petrus Motlanteyə
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı - Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən
təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri
xalqlarımızın rifahı
naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 aprel 2009-cu il
Azərbaycan.-2009.-26 aprel.-S.1.