Olivye VEDRİN: Azərbaycan regionda lider dövlət olmaqla bərabər, Avropa təsisatlarına uğurla inteqrasiya edir

 

Azərbaycan regionda lider dövlət olmaqla bərabər, Avropa təsisatlarına uğurla inteqrasiya edir. Bu sözləri FransanınAtlantika-UraKollecinin prezidenti professoru, Avropa Komissiyasının məruzəçisi, ixtisasca iqtisadçı olan Olivye Vedrin demişdir. O, beynəlxalq müşahidəçilər qrupunun tərkibində keçən il ölkəmizdə prezident seçkilərinə hazırlığın seçkilərin gedişini müşahidə etmək üçün bir neçə dəfə ölkəmizə səfər etmişdir. Bu səfərlər zamanı respublikamızla yaxından tanış olmuş O.Vedrin təəssüratını AzərTAc-ın xüsusi müxbiri ilə bölüşmüşdür:

-Azərbaycan barədə müəyyən məlumatım var idi. Yaxın dostlarım iqtisadi cəhətdən qüdrətli, yeraltı yerüstü sərvətlərlə zəngin Azərbaycan barəsində mənə çox danışmışdılar. Ona görə ölkənizdə bir neçə dəfə olmuş dostum, Fransa Diplomatik Strateji Araşdırmalar Məkəzinin fəxri prezidenti Jan-İv Şevalye beynəlxalq müşahidəçilər qrupunun tərkibində prezident seçkilərinə hazırlığın gedişi ilə yaxından tanış olmaq məqsədi ilə məni Azərbaycana səfərə dəvət edəndə qulaqlarıma inanmadım. Bu səfər bir növ mənim üçün göydəndüşmə oldu. Fikirləşmədən razılıq verdim. İlk səfərim avqust ayına təsadüf etdi. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enərkən aldığım ilk təəssürat xəyalımda canlandırdığımla üst-üstə düşməsindən sevindim.

İpək yoluüzərində yerləşən Azərbaycan zəngin tarixi mədəniyyəti ilə çox maraqlı ölkədir. Məşhur səyyah Marko Polonun tarixini xatırladım. Bu gün geostrateji baxımdan Azərbaycan çox əhəmiyyətli bir ölkədir. Azərbaycanın mövcud vəziyyətinin görünüşü bizdə əminlik yaratdı ki, Azərbaycan regionda lider dövlət olmaqla bərabər, həm Avropa təsisatlarına uğurla inteqrasiya edir, qərbyönümlü, tarazlaşdırılmış balanslaşdırılmış siyasət aparır. Bu siyasət ölkədə sabitliyi təmin etməklə yanaşı, neft gəlirləri hesabına iqtisadi yüksəlişə, sənaye məhsulunun getdikcə artmasına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə imkan verir.

Səfər müddətində ölkənin cənubunda, Xəzər dənizinin sahilindəki Lənkəran şəhərində olduq. İsti quru iqlimə malik şəhərin özünəməxsus quruluşuna, meşələrə uzaqdan görünən hündür dağlara heyranlığımı ifadə etmək üçün söz tapmağa çətinlik çəkirəm. İstər rəsmi şəxslərlə, istərsə sadə insanlarla görüşlərdə xalqınızın sakit təbiəti, əcnəbilərlə söhbət etmək arzuları, onlara göstərdikləri hörmət ehtiram elə ilk gündən diqqətimi cəlb etmişdi. Bir neçə muzeyə baş çəkərkən bu xalqın öz tarixinə keçmişinə necə sadiq olduğunu da başa düşdüm.

İkinci səfərim keçən ilin oktyabr ayında prezident seçkilərinin keçirildiyi vaxta təsadüf etdi. Beynəlxalq müşahidəçilər qrupunun üzvü kimi mənim missiyam yüksək səviyyədə təşkil olunmuş seçkilərdə bəzi seçki məntəqələrinə baş çəkməkdən seçki prosesinin gedişi ilə yaxından tanış olmaqdan ibarət idi. İş elə gətirdi ki, mən bir neçə müşahidəçi ilə birlikdə təbiətin hər cür gözəllik bəxş etdiyi Qubada oldum. Rayon mərkəzindən bir neçə kilometr uzaqlıqda, dəniz səviyyəsindən 3 min metr hündürlükdə yerləşən Xınalıq kəndinə baş çəkdik. Yolboyu əlçatmaz sıldırım qayalar, meşə, dağ çayı, rəngarəng təbiət mənzərələri bizə bir növ macəra romanlarını xatırladırdı. Sanki sehrli bir aləmə düşmüşdük. Bizi bu səfərdə müşahidə edən tərcüməçi qız bildirdi ki, bizim olduğumuz ərazi Rusiya sərhədinə yaxındır. Kənddə bizi xalqınıza məxsus böyük mehribanlıq səmimiliklə qarşıladılar. Bu kəndin adamları əsasən heyvandarlıqla məşğul olurlar. Məktəbdə fəaliyyət göstərən seçki məntəqəsində seçkinin gedişi ilə tanış olduq. Seçki prosesi tamam demokratik şəraitdə keçirdi. Məktəb direktorunun xahişi ilə yerli sakinlərlə birlikdə xatirə şəkli çəkdirdik. Azərbaycanlılara məxsus qonaqpərvərliyi Bakıdan çox-çox uzaqlarda yerləşən bu kənddə bir daha hiss etdik.

Sonuncu səfərim Azərbaycanda keçirilmiş referendumla bağlı idi. Artıq mənim üçün doğma bir diyara çevrilmiş ölkənizdə özümə dostlar qazanmışdım. Səfərim çərçivəsindəXəzərUniversiteti ilə ikitərəfli əməkdaşlıq barədə danışıqlar apardım.

Parisdə dostlarıma yoldaşlarıma Azərbaycanın gözəl təbiəti, qonaqpərvər səmimi insanları barədə danışmaqdan yorulmur, onlara şərq qərb mədəniyyətini özündə təcəssüm etdirən, haradasa şərq nağıllarını xatırladan bu ecazkar diyara səfər etməyi məsləhət görürəm.

 

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2009.-26 aprel.-S.1.