Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86- ildönümü ilə əlaqədar keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaqdır

 

Aprelin 25-də akademik Zərifə Əliyeva adına məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyasının (YAP) Həmkarlar İttifaqları Konfederasiyasının birgə keçirdikləriHeydər Əliyev məktəblilərin gözü iləinşa yazı müsabiqəsinin III respublika mərhələsi keçirilmişdir.

Təhsil naziri Misir Mərdanov xalqımızın böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müasir dövlətimizin yaranmasında möhkəmlənməsində göstərdiyi tarixi xidmətlərdən danışmış, ulu öndərin siyasi irsinin dərindən öyrənilməsinin vacibliyini vurğulamışdır. Nazir demişdir ki, müsabiqənin akademik Zərifə Əliyeva adına məktəbdə keçirilməsi rəmzi məna daşıyır. O, görkəmli alim, ictimai xadim olmaqla bərabər, ömür-gün yoldaşı kimi ümummilli liderimizə daim mənəvi dayaq olmuşdur.

YAP sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun digər şəxslərin iştirak etdiyi tədbirdə bildirilmişdir ki, bu il inşa yazı müsabiqəsində respublikanın orta məktəblərinin 7-11-ci sinif şagirdləri həvəslə iştirak etmişdir. Hər şəhər rayondan bir nəfər olmaqla 89 uşaq yekun mərhələyə keçmək hüququ qazanmışdır. Mayın 10-dək müsabiqə qaliblərinin adları açıqlanacaq onlar mükafatlandırılacaqdır.

Sonda inşa yazılarının mövzuları şagirdlərə təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-26 aprel.-S.5.