Azərbaycan, İran və Rusiya sərhəd xidmətləri
arasında əməkdaşlıq
perspektivləri müzakirə
olunmuşdur
Dövlət Sərhəd
xidmətinin mətbuat
mərkəzindən bildirmişlər
ki, aprelin 24-də Bakıda Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi, general-leytenant
Elçin Quliyev, İran İslam Respublikasının Sərhəd
Polisinin komandanı,
general-mayor Qasım Rzayi
və Rusiya Federasiyasının Federal Təhlükəsizlik
Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Proniçev
arasında işgüzar
görüş keçirilmişdir.
Qonaqlar əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, üzərinə gül dəstələri qoymuşlar. Həmin gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsi anılmış, məzarı önünə tər çiçək dəstələri düzülmüşdür.
Görüşdə dövlət sərhədlərində, sərhəd-buraxılış məntəqələrində, habelə Xəzər dənizində vəziyyət barədə fikir mübadiləsi aparılmış, Azərbaycan, İran və Rusiya sərhəd xidmətləri arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunmuşdur.
Görüş iştirakçıları beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya və qaçaqmalçılığa, narkotiklərin qanunsuz dövriyyəsinə, dövlət sərhədlərində digər qeyri-qanuni fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etmişlər.
Tərəflər Xəzər dənizinin akvatoriyasında təhlükəsizliyin təmin edilməsi, cari və qabaqlayıcı məlumatlar mübadiləsinin həyata keçirilməsi məqsədi ilə qarşılıqlı əlaqə və əməkdaşlıq üzrə təkliflərin hazırlanması və beş Xəzəryanı dövlətin sərhəd xidmətləri mütəxəssislərinin görüşünün keçirilməsi barədə razılığa gəlmişlər.
Görüşün sonunda
ikitərəfli və
üçtərəfli protokollar
imzalanmışdır.
AzərTAc
Azərbaycan.-2009.-26 aprel.-S.5.