Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini
və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də
ATƏT-in Minsk qrupunun həmsədrləri Mətyu Brayzəni
(ABŞ), Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya) və ATƏT-in
hazırkı sədrinin xüsusi nümayəndəsi Anji
Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-25 aprel.-S.1.