M.Kostanın İtaliya Respublikasının
Genuya şəhərində
və Liquriya, Pyemont, Valle d"Aosta, Lombardiya
regionlarında Azərbaycan
Respublikasının fəxri
konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı
1. Marqarita Kosta
İtaliya Respublikasının Genuya şəhərində və
Liquriya, Pyemont, Valle d"Aosta, Lombardiya regionlarında Azərbaycan
Respublikasının fəxri konsulu təyin edilsin.
2.Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel 2009-cu il
Azərbaycan.-2009.-25 aprel.-S.1.