Heydər Əliyev qadın siyasətimövzusunda konfrans

 

Aprelin 24-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qadınlar məclisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlıHeydər Əliyev qadın siyasətimövzusunda konfrans keçirmişdir.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülmüşdür.

Konfransda çıxış edən YAP Səbail rayon təşkilatı qadınlar məclisinin sədri, professor Nübar Muxtarova müstəqil Azərbaycanın qurucusu, ölkəmizin dünyaya tanıdılması istiqamətində böyük işlər görən Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrələrindən danışmışdır.

YAP Səbail rayon təşkilatı sədrinin müavini Təranə KərimovaHeydər Əliyev qadın siyasətimövzusunda məruzə etmişdir.

Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova başqaları çıxış edərək Heydər Əliyev dühasından bəhs etmiş, ümummilli liderimizin qurduğu müstəqil Azərbaycan dövlətinin sükanının etibarlı əllərdə olduğunu bildirmişlər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasının həyata keçirilməsində Azərbaycan qadınlarının rolu, onların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlər barədə məlumat verilmişdir. Gender siyasəti, ailə uşaqlara dövlət qayğısı, qadın siyasətinin hüquqi bazası, ulu öndərin bu istiqamətdə imzaladığı sənədlərin, qəbul edilmiş hüquqi aktların əhəmiyyəti, dahi şəxsiyyətin təşəbbüsü təşkilatçılığı ilə hazırlanıb həyata keçirilmiş proqram və layihələrdən danışılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-25 aprel.-S.3.