Konstitusiya MəhkəməsindəFərdi konstitusiya şikayəti: aktual məsələlərmövzusundadəyirmi masakeçirilmişdir

 

Aprelin 24- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birlikdəFərdi konstitusiya şikayəti: aktual məsələlərmövzusundadəyirmi masakeçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirmişdir ki, respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə hüquq sahəsində məqsədyönlü islahatlar aparılır. Azərbaycanda Konstitusiya Məhkəməsinin 1998-ci ildə yaradıldığı fəaliyyətə başladığı ilk gündən beynəlxalq təcrübəyə, xüsusən Almaniya Federal Konstitusiya Məhkəməsinin təcrübəsinə üstünlük verildiyi qeyd olunmuşdur.

F.Abdullayev bildirmişdir ki, 2002-ci ilin avqustunda keçirilmiş ümumxalq səsverməsinin nəticələrinə əsasən, Konstitusiyada dəyişikliklər aparılmış Konstitusiya Məhkəməsinə fərdi müraciətlərlə bağlı məsələlərə baxılması səlahiyyəti verilmişdir. Bu, bir tərəfdən insan hüquq azadlıqlarının genişlənməsi məqsədilə, digər tərəfdən isə Avropa Şurasının qarşısında götürülmüş öhdəliklərə uyğun olaraq həyata keçirilmişdir. 2004-cü ildə müvafiq qanun qüvvəyə mindikdən sonra Konstitusiya Məhkəməsi fərdi işlərə baxılmasına başlamışdır. 2008-ci ilədək Konstitusiya Məhkəməsinə vətəndaşlar tərəfindən 11065 müraciətin daxil olduğu, bunlardan 3943-nün məhkəmənin səlahiyyətlərinə aid olmadığına görə baxılması üçün əlaqədar qurumlara göndərildiyi ya şikayətçilərə müəyyən izahlar verildiyi qeyd edilmişdir. Bildirilmişdir ki, 2008-ci ildə əvvəlki illərlə müqayisədə müraciətlərin sayı 2 dəfə azalmışdır.

Sədr qeyd etmişdir ki, ötən 5 ildə bu sahədə xeyli təcrübə əldə edilsə , Konstitusiya Məhkəməsinin fəaliyyəti genişləndikcə təcrübə mübadiləsinə ehtiyac yaranır. Bu mənada Azərbaycan Konstitusiya Məhkəməsi beynəlxalq əməkdaşlığa, fəaliyyətində qabaqcıl təcrübədən faydalandığa xüsusi diqqət yetirir.

GTZ ilə bu istiqamətdə əməkdaşlığın sürətlə inkişaf etdiyi, cəmiyyət tərəfindən həyata keçirilənAzərbaycanda məhkəmə hüquq islahatlarının dəstəklənməsilayihəsinin xüsusi rolu qeyd edilmişdir. Vurğulanmışdır ki, budəyirmi masada məhz həmin layihə çərçivəsində həyata keçirilir.

Tədbirdə Konstitusiya Məhkəməsinin hakimi Eldar MəmmədovAzərbaycan Respublikası qanunvericiliyinə əsasən fərdi konstitusiya şikayəti: aktual problemlərmövzusunda məruzə ilə çıxış etmişdir.

Dəyirmi masada AFR Konstitusiya Məhkəməsinin hakimi, professor Siegfrid BrossAFR-in Əsas Qanununa əsasən konstitusiya şikayəti: Almaniya Konstitusiya Məhkəməsi hakiminin nöqteyi-nəzərindən aktual məsələlərmövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, bugünkü tədbirin əsas məqsədi fərdi müraciətlərin baxılması ilə bağlı fikir mübadiləsi aparmaqdan ibarətdir.

Azərbaycana hər səfərində sürətli inkişafın şahidi olduğunu qeyd edən almaniyalı qonaq, qazanılmış uğurların Konstitusiya Məhkəməsinin timsalında da aydın göründüyünü vurğulamışdır. Azərbaycanda ədalət mühakiməsinin inkişafına nəzər salan almaniyalı qonaq, Avropa ölkələri ilə müqayisədə respublikamızın həmin prosesləri çox sürətlə keçdiyini xüsusi qeyd etmişdir.

Bu il Almaniya Konstitusiya Məhkəməsinin yaradılmasının 60 illiyinin təntənəli şəkildə qeyd olunacağını bildirən S.Bross, ötən dövrdə bu məhkəmənin fərdi müraciətlərə baxılması ilə əlaqədar əldə etdiyi təcrübə barədə ətraflı məlumat vermişdir.

Dəyirmi masada mövzu ilə əlaqədar geniş fikir mübadiləsi aparılmışdır.

Konstitusiya Məhkəməsinin sədri F.Abdullayevdəyirmi masaya qatıldığına görə Almaniya Federativ Respublikasının (AFR) Konstitusiya Məhkəməsinin hakimi, professor Siegfrid Brossa təşəkkür etmiş, bugünkü müzakirələrin gələcək fəaliyyət zamanı səmərəli olacağına əminliyini bildirmişdir.

 

 

AzərTAc 

 

Azərbaycan.-2009.-25 aprel.-S.3.