Mətbuat Şurasının
idarə heyətinin iclası
Azərbaycan Mətbuat Şurası idarə heyətinin aprelin 24-də keçirilən iclasında dörd məsələ müzakirə olunmuşdur.
Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin gündəliyini elan etdikdən sonra şuraya üzv olmaq üçün təqdim edilən müraciətlərə baxılmışdır. “Səs” İnformasiya Agentliyi, “Fineko” Analitik və İnformasiya Agentliyi, “Ölkə”, “Futbol dünyası”, “Bütöv Azərbaycan”, “İsmayıllı xəbərləri” və Qazaxın “Göyəzən” qəzetləri təşkilatın sıralarına qəbul edilmişdir. Mətbuat Şurasının nizamnamə tələblərini pozduğuna və sorğularına cavab vermədiyinə görə Şəmkirin “Qərb xəbərləri” qəzeti qurumun sıralarından xaric olunmuşdur.
Şuranın şikayətlər üzrə komissiyasının rəyləri əsasında 8 qərar çıxarılmış, “reket” jurnalistlərə qarşı mübarizə komissiyasının yeni “qara siyahı”sı müəyyənləşdirilmişdir. Komissiyanın 2009-cu il 17 aprel tarixli iclasının qərarına əsasən daha 19 nəşrin “reket” elan edilməsi ilə bağlı rəyi təsdiqlənmiş, əvvəlki siyahıda yer alan nəşrlərin adları əlavə olunmaqla yeni siyahının ictimaiyyətə açıqlanması qərara alınmışdır. Eyni zamanda, etik və peşə prinsiplərini pozan mətbuat orqanları ilə bağlı araşdırmaların aparılması barədə tapşırıq verilmiş, onların baş redaktorlarına xəbərdarlıq edilmişdir.
İclasda Mətbuat Şurasının qarşıdakı
iki ayda keçirəcəyi tədbirlər
planı təsdiqlənmişdir.
AzərTAc
Azərbaycan.-2009.-25 aprel.-S.3.