Quba kütləvi məzarlığını ziyarət

 

Məzarlıqda təhqiqatların davam etdirilməsi ilə əlaqədar beynəlxalq komissiyanın yaradılmasına ehtiyac vardır

 

Hər il aprelin 24-də Ermənistanda və digər ölkələrdə məskunlaşmış ermənilər uydurma “soyqırımı” gününü qeyd edirlər.

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Milli Məclisdə təmsil olunan müxtəlif siyasi partiyaların rəhbərləri nümayəndələri, Türkiyə səfirliyinin, eləcə KİV-lərin təmsilçiləri uydurmaerməni soyqırımıiddiasına etiraz əslində, azərbaycanlıların, o cümlədən, türklərin ermənilər tərəfindən soyqırımına məruz qaldığını dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq məqsədi ilə aprelin 23- Quba kütləvi məzarlığını ziyarət etmişlər.

Bildirilmişdir ki, Qudyalçayın sağ sahilində tikinti ilə əlaqədar qazıntı işləri aparılan zaman kütləvi qətlləri təsdiq edən xeyli sayda insan sümükləri aşkar olunmuş ilkin araşdırmalardan sonra bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya basqını zamanı öldürülmüş yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Təhqiqat zamanı ərazidə sümüklə dolu iki quyu iki arx müəyyən edilmişdir. Kəllə sümüklərində aşkar olunan küt alət izləri onların zorakılıqla qətlə yetirildiyini təsdiq edir. Yerli sakinlər şəhərdən kənarda qətlə yetirildikdən sonra gələcəkdə daşqınlar zamanı izin itirilməsi məqsədi ilə meyitlər çay kənarına gətirilərək yamacda qazılmış bu quyulara doldurulmuşdur. Bu fakt 100 ilə yaxın bir dövrdə ermənilərin türklər tərəfindən soyqırımına məruz qaldığı barədə iddialarının yalan olduğunu birbaşa sübut edir.

Sonra tədbir iştirakçıları Qubada soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuş, Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü azadlığı uğrunda şəhid olmuş qəhrəmanların məzarları üstünə güllər düzmüşlər.

Daha sonra Quba Olimpiya Kompleksində uydurmaerməni soyqırımıiddiasına etiraz etmək, əslində, türklərin zaman-zaman ermənilər tərəfindən soyqırımına məruz qaldığını ictimaiyyətin diqqətinə bir daha çatdırmaq məqsədi ilə konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP sədrinin müaviniicra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, konfransın keçirilməsindən məqsəd Azərbaycan tarixinin qanlı səhifələri, xüsusən Qubada aşkarlanmış kütləvi insan qətllərini təsdiq edən faktlarla əlaqədar fikir mübadiləsi aparmaqdan, ictimaiyyətin diqqətini bir daha ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərə cəlb etməkdən ibarətdir. Ə.Əhmədov vurğulamışdır ki, aşkar edilmiş məzarlıqda təhqiqatların davam etdirilməsi ilə əlaqədar beynəlxalq komissiyanın yaradılmasına ehtiyac vardır. Ermənilər aprelin 24-nü “soyqırımıgünü kimi qeyd etsələr , Qubadakı məzarlıq sübüt edir ki, ermənilər yox, azərbaycanlılar soyqırımına məruz qalmışlar. Çıxış edən deputatlar ermənilərin azərbaycanlılara türklərə qarşı müxtəlif vaxtlarda soyqırımı törətdiklərini, bunu sübut edən faktların indi mövcud olduğunu demişlər. Vurğulanmışdır ki, hər bir azərbaycanlı bu dəhşətli faktlardan istifadə edərək tarixin saxtalaşdırılmasının qarşısını almalı, düşmənlərimizin əsrlər boyu yeritdiyi mənfur siyasətin mahiyyətini açaraq bir daha dünya ictimaiyyətinə çatdırmalıdırlar.

Bildirmişlər ki, aprelin 24-nü “soyqırımıgünü kimi qeyd edən dünyanı bu uydurmaya inandırmağa çalışan ermənilərin, əslində, 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri soyqırımını etiraf etmələrinin vaxtı çatmışdır.

Erməni cəlladlarının təkcə 1918-ci ildə Qubada törətdikləri soyqırımı nəticəsində 16 min dinc əhalini qətlə yetirdiklərini deyən deputatlar, Qubadakı məzarlıqda abidə muzeyin yaradılmasının zəruri olduğunu diqqətə çatdırmış, eləcə , Bakıdakı Şəhidlər Xiyabanında soyqırımı muzeyinin yaradılması təklif olunmuşdur.

Tədbirdə mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc 

 

Azərbaycan.-2009.-25 aprel.-S.3.