Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum xalqla hakimiyyətin birliyini bir daha nümayiş etdirmişdir

 

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi deputat qrupu qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 25-də Strasburqa gəlmişdir.

Aprelin 27- AŞPA-nın yaz sessiyası öz işinə başlamışdır. Sessiyadan əvvəl büronun müxtəlif qrupların yığıncaqları keçirilmişdir. Nümayəndə heyətimizin üzvləri yığıncaqlarda müzakirə olunmuş məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirmişlər.

AŞPA sədri Luis Maria de Puç sessiyanı açaraq rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə deputatlara məlumat vermişdir. O, qış sessiyasından ötən dövr ərzində dünyada yaddaqalan hadisələr baş verdiyini xatırlatmış, dünyanın qarşılaşdığı maliyyə böhranından, onun doğurduğu təzahürlərdən, böhranla bağlı Londonda 20 dövlətin iştirakı ilə beynəlxalq konfransın keçirilməsindən, NATO sammitindən, ABŞ Prezidentinin venesuelalı həmkarı ilə görüşünün beynəlxalq əlaqələrin inkişafına yeni baxış gətirməsindən bəhs etmişdir.

Sessiyanın gündəliyinin təsdiq edilməsi ətrafında müzakirələr aparılmışdır. Deputatlar sessiyanın gedişində büronun fəaliyyəti, Avropa Şurasının 60 illiyi, insan hüquqlarının qorunması, Avropa Məhkəməsinə hakimlərin seçilməsi, Serbiyanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Gürcüstan- Rusiya münasibətləri, məhbus qadınların vəziyyəti digər məsələləri müzakirə etməyi qərara almışlar.

Sessiyada, həmçinin Finlandiyanın Prezidenti xanım Tarya Halonenin, İspaniya hökumətinin sədri Xose Luis Rodriges Sapateronun çıxışları dinləniləcək, Nazirlər Komitəsinin hazırda fəaliyyətdə olan sədri İspaniya xarici işlər əməkdaşlıq naziri Migel Angel Moratinos başçılıq etdiyi qurumun fəaliyyətinə dair hesabat verəcəkdir.

Almaniyalı deputat Yoaxim Hörşter büronun fəaliyyəti barədə hesabatında bir çox ölkələrdə keçirilmiş prezident parlament seçkiləri, Azərbaycanda Konstitusiyaya əlavələr dəyişikliklərlə bağlı referendum barədə qısa məlumat verdikdən sonra, büro üzvlərindən Marietta de Pourbaiks-Lundən (İsveç), Andres Qross (İsveçrə), David Vilşir (Böyük Britaniya) Makedoniyada prezident, Çernoqoriyada Moldovada parlament seçkilərinin, Pol Ville (Belçika) Azərbaycanda referendumun nəticələri barədə məlumat vermişlər.

Bu məlumatlar ətrafında müzakirələrdə Pedro Aqramunt Font de Mora (İspaniya), Mövlud Çavuşoğlu (Türkiyə) Maykl Hənkok (Böyük Britaniya) Azərbaycanda Konstitusiyaya əlavələr dəyişikliklərlə bağlı keçirilmiş referendumun xalqın iradəsini, xalqla hakimiyyətin birlik nümayiş etdirdiyini, bu dəyişikliklərin ölkədə demokratiyanın inkişafında mühüm rol oynadığını, bu tədbirə yüksək səviyyədə hazırlıq görüldüyünü, əhalinin səsvermədə mütəşəkkillik göstərdiyini xüsusi vurğulamış, belə mühüm tədbirə Avropa Şurası tərəfindən azsaylı müşahidəçilər missiyasının göndərilməsinin təəssüf hissi doğurduğunu qeyd etmişlər.

AŞPA-nın sədri Luis Maria de Puç Avropa Şurasının 60 illiyi ilə bağlı mayın 25- ayrıca tədbir keçiriləcəyini diqqətə çatdırmışdır. Sonda qurumun tarixindən bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilmişdir.

Günün ikinci yarısında sessiya müzakirələri davam etdirmişdir.

Rusiya Dumasının deputatı Leonid Slutski Azərbaycanda keçirilmiş referendumun Avropa Şurasının az sayda missiya ilə müşahidə etdiyindən təəssüfləndiyini bildirmişdir. Deputat demişdir ki, son illərdə Azərbaycanda Avropa Şurasının bütün standartlarına cavab verən çox mühüm dəyişikliklər baş vermişdir. Qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uğurla inkişaf edir, ölkədə möhkəm siyasi sabitlik vardır, keçirilmiş son referendum cəmiyyətdə demokratik dəyərlərin sürətlə inkişaf etdiyini sübuta yetirmişdir. Azərbaycanda son illərdə 11 əfv fərmanı verilmişdir.

Rusiyalı deputat Valeri Fyodorov çıxışında Müstəqil Dövlətlər Birliyinin Qazaxıstan, Qırğızıstan Rusiyadan olan deputat müşahidə missiyasının Azərbaycanda referendumun gedişini müşahidə etdiyini heç bir qanun pozuntusuna rast gəlinmədiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, referenduma ölkədə ciddi hazırlıq görülmüş, əhali ümumxalq səsverməsində mütəşəkkil iştirak etmişdir.

Çıxış edən digər deputatlar da Azərbaycanda Konstitusiyaya əlavələr dəyişikliklərlə bağlı keçirilmiş referendumun beynəlxalq standartlara tam cavab verdiyini qeyd etmişlər.

 

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.-2009.-28 aprel.-S.5.