Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun çıxışı

 

Xanımlar cənablar, sizi salamlayıram.

Mən Prezident Əliyevi Brüsseldə yenidən alqışlamaqdan məmnunam. Sonuncu dəfə biz burada, Brüsseldə görüş keçirdik enerji sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu imzaladıq. Bu gün bizim çox yaxşı, konstruktiv açıq söhbətimiz oldu. Mən minnətdarlığımı bildirmək istəyirəm ki, danışıqlarımız zamanı biz, həqiqətən, həmin səmimiyyət açıqlıq ruhunu hiss etdik.

Azərbaycan Cənubi Qafqaz regionunda olduqca mühüm tərəfdaşdır. Əminəm ki, dialoq əməkdaşlığımızın intensivləşdirilməsi hər iki tərəfə böyük fayda gətirəcəkdir. Artıq on ildir ki, həyata keçirilən Tərəfdaşlıq Əməkdaşlıq Sazişi möhkəm bünövrədir. Avropa İttifaqı Azərbaycanın ümumi xarici ticarətində təxminən 30 faizi təşkil edərək, bu ölkənin əsas ticari tərəfdaşıdır.

Son illər ərzində Azərbaycan iqtisadiyyatı mühüm artım rəqəmlərini nümayiş etdirmişdir. 2008-ci ildə ölkənin iqtisadi artımı 10,8 faiz səviyyəsində olmuşdur. Bu, əsasən neft qaz sektoru ilə bağlıdır. Lakin hazırkı maliyyə iqtisadi böhran həmin inkişafa ciddi təhlükədir. Bu böhran, həmçinin bizə aiddir. Bu baxımdan, əlbəttə ki, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın uzunmüddətli inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Biz etiraf edirik ki, münasibətlərimizi irəliyə doğru aparmaq istəyirik bunu edə bilərik. Bu məsələ Prezident Əliyevin mənimlə görüşündə vurğulanmışdır. Bir neçə gündən sonra Praqada təqdim olunacaqŞərq tərəfdaşlığıisə fürsəti təmin edir.

Mən, həmçinin regional sabitlik sahəsində əlavə irəliləyişin vacibliyini qeyd etdim. Həmin məsələ ilə bağlı özümün Avropa İttifaqının fikirlərini bölüşdüm. Biz hesab edirik ki, enerji Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx münasibətlər üçün çox mühüm amildir. Əməkdaşlığımızın gücləndirilməsi ilə bağlı fikirlərdə yekdilik.

Bildiyiniz kimi, təhlükəsizlik Avropa İttifaqı üçün ən vacib prioritetdir. Azərbaycan həm hasilatçı, həm tranzit ölkə baxımından əhəmiyyətli tərəfdaşdır. Vəziyyəti təhlil etdiyinə görə mən Prezident Əliyevə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Mən Prezident Əliyev ilə xüsusi olaraq Nabukko layihəsini müzakirə etdim. Hesab edirik ki, bu layihə bütöv region Avropa üçün önəmlidir.

Azərbaycan tərəfindən enerji siyasəti sahəsində qəbul edilmiş çətin, lakin cəsarətli qərarları alqışlayıram. Fikrimizcə, bu, elə bir mühüm sahədir ki, Azərbaycan ilə Avropa İttifaqı konkret fayda əldə edə bilərlər. Bir sözlə, göndərəcəyimiz mesaj müsbətdir.

Biz Azərbaycan ilə bir çox sahələrdə birgə işləmək arzusundayıq. Biz Avropa ilə daha sıx əməkdaşlığın aparılması məqsədilə Azərbaycan tərəfindən atılmış bütün addımları alqışlayırıq. Hesab edirəm ki, bu, həm Azərbaycanın, həm bütövlükdə Avropa İttifaqının marağındadır.

 

 

Azərbaycan.-2009.-29 aprel.-S.1.