Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun birgə mətbuat konfransı

 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

 

Hörmətli xanımlar cənablar,

İlk öncə, mən Brüsselə yenidən səfər etmək məqsədi ilə göndərdiyi dəvətinə görə cənab Sədrə minnətdarlığımı bildirmək istəyirəm. Xatirimdədir ki, sonuncu səfərim zamanı biz strateji enerji tərəfdaşlığı haqqında Memorandum imzaladıq. Həmin vaxtdan etibarən, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf etmişdir. Biz münasibətlərimizə çox mühüm əhəmiyyət veririk.

Bugünkü söhbət bir daha göstərdi ki, həmin münasibətlər hər iki tərəf üçün necə inkişaf etməlidir. Mən ölkəmizin iqtisadi inkişafı ilə bağlı söylədiyi sözlərə görə cənab Sədrə dərin minnətdarlığımı bildirirəm. Faktiki olaraq, son beş il ərzində, ölkəmizdə görünməmiş iqtisadi artım müşahidə olunmuşdur. Ümumi daxili məhsul 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə, büdcə xərcləri isə, 10 dəfə artmışdır.

Bu il, iqtisadi böhrana neftin qiymətlərinin gözəçarpan dərəcədə bir neçə dəfə aşağı düşməsinə baxmayaraq, biz artımı davam etdirəcəyik. Cari ilin birinci rübündə iqtisadiyyatımız 4 faizdən çox artmışdır. Ən vacibi isə ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatı 14 faiz artmışdır. Bu, aydın şəkildə onu göstərir ki, bizim iqtisadi inkişafın şaxələndirilməsi, sərmayələr iqtisadi islahatlar siyasətimiz onunla nəticələnmişdir ki, biz artıq neft qazdan asılı deyilik. Neft qaz iqtisadiyyatımızda əvvəl olduğu kimi həlledici rol oynamır.

Biz iqtisadi islahatları davam etdiririk. Ötən il, Dünya Bankı özünün “Doing Business” hesabatında Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etmişdir.

Azərbaycanda, həmçinin siyasi islahatlar aparılır. İqtisadi siyasi islahatlar paralel şəkildə həyata keçirilir. Bizim üçün Avropa İttifaqı ilə münasibətlər vacibdir, çünki biz istəyirik ki, həyatımızın bütün meyarları Avropa İttifaqının meyarlarına uyğun olsun. Həmin əlaqələrimiz çox möhkəmdir. Onların yaxşı gələcəyi var ikitərəfli maraqlara əsaslanır.

Enerji cənab Sədr ilə ciddi şəkildə müzakirə etdiyimiz məsələlərdən biri idi. Mən Avropada müzakirə olunan layihələrə bir daha öz dəstəyimi bildirdim. Azərbaycan Xəzərdən Qərbə gedən boru kəmərlərinin tikintisini başlayan ölkə oldu. Məhz bizim təşəbbüslərimiz işlərimiz əsasında bu gün biz Nabukko, Türkiyə–Yunanıstan–İtaliya, Transadriatik qaz kəmərləri digər layihələr haqqında danışa bilərik, çünki biz bütün zəruri ilkin işləri artıq yerinə yetirmişik.

Bu gün nəhəng neft qaz ehtiyatları, müasir infrastruktur, boru kəmərləri önəmli məkanda yerləşən Azərbaycan, əlbəttə ki, regional enerji təhlükəsizliyi Avropanın enerji təhlükəsizliyində mühüm rolunu davam etdirir. Avropa Azərbaycanın böyük tərəfdaşıdır. Əminəm ki, bu səfər gələcəkdə atılacaq addımlar həmin münasibətləri möhkəmləndirəcəkdir.

Mən dəvətə, o cümlədən məhsuldar səmimi söhbətə görə cənab Sədrə bir daha minnətdarlığımı bildirmək istəyirəm bu söhbət gələcəyimiz üçün çox vacibdir.

Sağ olun!

 

* * *

Sonra jurnalistlərin suallarına cavab verildi.

 

 

Azərbaycan.-2009.-29 aprel.-S.1.