Prezident İlham Əliyevin Belçikanın
Baş naziri Herman Van Rompey
ilə görüşü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Brüsseldə Belçika Krallığının Baş naziri Herman Van Rompey ilə görüşmüşdür.
Baş nazir Herman Van Rompey Azərbaycan Prezidenti İlham Əliyevi binanın önündə böyük səmimiyyətlə qarşıladı.
Görüşdə Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, siyasi əlaqələrin genişlənməsindən məmnunluq ifadə olundu.
Azərbaycan Prezidentinin Belçikaya səfərinin əlaqələrimizin daha da inkişafı baxımından əhəmiyyətinin vurğulandığı görüşdə qeyd olundu ki, qarşılıqlı səfərlər əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir. Bildirildi ki, ölkələrimizin iqtisadi əlaqələrinin inkişafı üçün də yaxşı imkanlar vardır.
Görüşdə Azərbaycan ilə Belçika arasında əməkdaşlığın Azərbaycan–Avropa İttifaqı əlaqələri baxımından əhəmiyyəti vurğulandı.
Azərbaycanın Avropanın
enerji təhlükəsizliyindəki
önəmli rolunun qeyd edildiyi görüşdə
ikitərəfli münasibətlər,
regional əməkdaşlıq
və beynəlxalq məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2009.-29 aprel.-S.2.