Nazirlər Kabinetində görüş

 

Aprelin 28- Azərbaycanın Baş naziri Artur Rasizadə Estoniya Vergi Gömrük Şurasının baş direktoru Enriko Aavın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Baş nazir Azərbaycanın Estoniyanın müxtəlif idarələri arasında əlaqələrin yaradılmasının vacibliyini vurğulayaraq ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan Vergilər Nazirliyi ilə Estoniya Vergilər Gömrük Şurası arasında əməkdaşlıq haqqında bu gün imzalanan Memorandum ikitərəfli əlaqələrin genişlənməsinə kömək edəcəkdir.

Enriko Aav azərbaycanlı həmkarları ilə Bakıda apardığı danışıqların nəticələrindən, Azərbaycan vergi sistemindəki yeniliklərin təqdimatından razı qaldığını bildirərək demişdir ki, iki ölkənin vergi xidmətləri arasında təcrübə mübadiləsi barədə razılıq əldə edilmişdir.

 

 

AzərTAc 

 

Azərbaycan.-2009.-29 aprel.-S.3.