Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına
işgüzar səfəri
Belçika Krallığında işgüzar
səfərdə olan
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 29-da
NATO-nun baş katibi Yaap de Hoop Sxeffer ilə görüşmüşdür.
NATO-nun baş katibi dövlətimizin başçısını
NATO-nun mənzil-qərargahının önündə böyük
səmimiyyətlə qarşıladı.
Sonra Prezident İlham Əliyev və Yaap de Hoop Sxeffer Azərbaycanın və
NATO-nun bayraqları önündə
şəkil çəkdirdilər.
Görüşdə baş katib dedi ki,
Azərbaycan ilə əməkdaşlıq uğurla
inkişaf edir və NATO bu əməkdaşlığa böyük
əhəmiyyət verir.
Azərbaycanın regionda
xüsusi rolunu vurğulayan Yaap de Hoop Sxeffer bildirdi ki, NATO Azərbaycana bölgədə mühüm
rol oynayan tərəfdaş ölkə
kimi yanaşır və Prezident İlham Əliyevin bu səfəri NATO-Azərbaycan münasibətlərinin
genişlənməsinə xidmət edəcəkdir.
NATO-nun baş
katibi Azərbaycanın
antiterror əməliyyatlarında
iştirakını yüksək
qiymətləndirdi və
dedi ki, ölkəniz "Fərdi
tərəfdaşlığın əməliyyat planı"nda
da fəal iştirak edir.
Prezident İlham Əliyev bildirdi ki, NATO-Azərbaycan əlaqələri
inkişaf edir, Azərbaycan NATO-nun müxtəlif
proqramlarında və
tədbirlərində fəal
iştirak edir.
"Fərdi
tərəfdaşlığın əməliyyat planı"nda
ölkəmizin fəal
iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev dedi ki, Azərbaycan-NATO
əlaqələri ölkəmizin
Avratlantik strukturlara inteqrasiyasının tərkib
hissələrindən biridir.
Azərbaycanın dövlət başçısı
ümidvar olduğunu bildirdi ki, əlaqələrimiz
bundan sonra da inkişaf edəcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-30 aprel.-S.1.