Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Yaap de Hoop Sxefferin birgə mətbuat konfransı

 

Aprelin 29-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun baş katibi Yaap de Hoop Sxeffer mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış etmişlər.

Alyansın baş katibi demişdir ki, Azərbaycan NATO üçün regionda mühüm rol oynayan ölkədir. Enerji təhlükəsizliyinin dünyada böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə Azərbaycanın rolu daha da artmışdır.

Dağlıq Qarabağ münaqişəsindən danışan baş katib bildirmişdir ki, münaqişə yalnız beynəlxalq hüququn norma prinsipləri əsasında həllini tapmalıdır. NATO Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində birbaşa rol oynamasa da, hesab edir ki, bu münaqişənin həllində ərazi bütövlüyü prinsipi sual altına qoyulmamalıdır.

NATO-nun tədbirlərində proqramlarında Azərbaycanın fəal iştirak etdiyini bildirən Prezident İlham Əliyev demişdir ki, ötən il ölkəmiz Alyansın 200 tədbirinə qatılmışdır.

Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən antiterror əməliyyatlarında ölkəmizin fəal iştirak etdiyini vurğulayan dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan Əfqanıstanda hərbçilərinin sayını artırmışdır. "Biz NATO-ya minnətdarıq ki, Şimali Atlantika Alyansı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qətiyyətli mövqe tutur bu mövqe ərazi bütövlüyü prinsiplərinə əsaslanır", - deyən Prezident İlham Əliyev Alyans ilə ölkəmiz arasında əməkdaşlığın uğurla davam etdiyini söyləmişdir.

 

(Mətbuat konfransı barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-30 aprel.-S.1.