Şimali Atlantika Şurasında görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Brüsseldə, NATO-nun mənzil-qərargahında
Şimali Atlantika Şurasında NATO-nun üzvü
olan dövlətlərin
Şuradakı daimi nümayəndələri və
səfirləri qarşısında
çıxış etmişdir.
Görüşdə dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın mövcud vəziyyətindən və perspektivlərindən danışdı.
Prezident İlham Əliyev 15 il ərzində "Sülh naminə tərəfdaşlıq" Proqramı və "Fərdi tərəfdaşlığın əməliyyat planı" çərçivəsində Azərbaycan-NATO əməkdaşlığı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi.
Sonra görüşdə müzakirələr aparıldı.
AzərTAc
Azərbaycan.-2009.-30 aprel.-S.1.