Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Nazirlər Şurasının baş katibi, ümumi xarici təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış etmişlər

 

Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Nazirlər Şurasının baş katibi, ümumi xarici təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana görüşdən sonra mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış etmişlər.

Xavyer Solana bildirdi ki, Azərbaycan Avropa İttifaqı üçün vacib ölkədir tərəflər arasında yaxşı əməkdaşlıq münasibətləri vardır. Bu əməkdaşlıq Avropa Qonşuluq Siyasəti çərçivəsində inkişaf edir.

Ali nümayəndə Xavyer Solana dedi ki, biz ikitərəfli münasibətlərin genişləndirilməsini istəyirik bu, bizim məqsədimizdir.

Azərbaycan Prezidenti İlham Əliyev aparılan danışıqlardan məmnunluğunu ifadə edərək bildirdi ki, biz Avropa İttifaqı ilə əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiririk. Avropa İttifaqı ilə Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayan dövlətimizin başçısı dedi ki, bu əlaqələrə regional inkişaf, iqtisadi əməkdaşlıq, siyasi islahatlar, enerji təhlükəsizliyi digər sahələri əhatə edən layihələr daxildir.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan etibarlı tranzit təchizatçı ölkədir, bu da Azərbaycan-Avropa İttifaqı əlaqələrinə qarşılıqlı fayda gətirir.

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-30 aprel.-S.1.