Səfər başa çatdı
Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatmışdır.
Brüsselin "Abelaq"
hava limanında Prezident İlham Əliyevi Belçika Krallığının yüksək
vəzifəli dövlət
və hökumət nümayəndələri böyük
hörmət və ehtiramla yola saldılar.
***
Dövlətimizin başçısı həmin gün axşam Bakıya gəldi.
Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.
AzərTAc
Azərbaycan.-2009.-30 aprel.-S.1.