Baş nazir Artur Rasizadə Rusiyanın və Qətərin ölkəmizdəki
səfirləri ilə
görüşmüşdür
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
bildirmişlər ki, aprelin 29-da Baş nazir Artur Rasizadə
Rusiyanın Azərbaycanda
yeni təyin olunmuş səfiri Vladimir
Doroxin və Qətərin respublikamızdakı
səfiri Şeyx Mübarək bin Fəhd Casim Al Tani ilə
onların xahişilə
görüşmüşdür.
Ölkəmizdə diplomatik
missiyalarına başlamaları
münasibətilə qonaqları
səmimi təbrik edən Baş nazir Artur Rasizadə
səfirlərə respublikadakı
mövcud iqtisadi-siyasi
və sosial durum, habelə Qarabağ münaqişəsi və
onun həlli yolunda Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi barədə ətraflı
məlumat vermişdir.
O, istər Azərbaycan-Rusiya,
istərsə də Azərbaycan-Qətər arasındakı
uğurlu diplomatik əlaqələrin, aparılan
səmərəli fikir
mübadilələrinin, ayrı-ayrı
dövlət və özəl qurumlarının
iqtisadi-humanitar sahələrdə
qarşılıqlı faydalı
əməkdaşlığının əlaqələrimizin daha
səmərəli şəkildə
inkişafına kömək
edəcəyinə əminliyini
bildirmişdir.
Səmimi qəbula görə Baş nazir Artur Rasizadəyə təşəkkürlərini bildirən
Rusiyanın və Qətərin səfirləri
ölkəmizlə münasibətlərə
böyük əhəmiyyət
verdiklərini vurğulayaraq,
regionda lider dövlətə çevrilmiş
Azərbaycanla əlaqələrin
daha da fəallaşdırılması
istiqamətində çalışacaqlarını
bildirmişlər.
Görüşdə tərəfləri maraqlandıran
bir sıra digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-30 aprel.-S.2.