"Heydər
Əliyev. Müstəqilliyimiz
əbədidir" kitabının
26-cı cildi çapdan çıxmışdır
"Azərbaycan xalqının,
bütün türkdilli
xalqların böyük
tarixi abidəsi olan "Kitabi-Dədə Qorqud" 1300 ildir ki, yaşayır. Əgər
1300 ildən də öncə "Kitabi-Dədə
Qorqud" dastanının
yaranması üçün
xalqlarımızın nə
qədər səylər
qoyduğunu və nəhayət, bu tarixi abidəni yaratdığını nəzərə
alsaq, onda təsəvvür edə bilərik ki, bizim xalqlarımızın
nə qədər qədim tarixi, dərin kökləri və nə qədər zəngin mədəniyyəti vardır".
Bu sətirlər "Heydər
Əliyev. Müstəqilliyimiz
əbədidir" çoxcildliyinin
"Azərnəşr" tərəfindən yenicə
çapdan buraxılmış
26-cı cildindən - Prezident
Heydər Əliyevin
2000-ci il aprelin 9-da "Kitabi-Dədə
Qorqud" dastanının
1300 illiyinə həsr
olunmuş təntənəli
yubiley mərasimindəki
nitqindən götürülmüşdür.
Nəşrin buraxılışına məsul
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevdir.
Müstəqil Azərbaycan
dövlətçiliyinin memarı,
xalqımızın ümummilli
lideri Heydər Əliyevin 2000-ci il martın 21-də Bakıda
Qoşaqala qapısı
önündə keçirilən
Novruz bayramı şənliyində nitqi ilə başlayan cilddə 2000-ci il aprelin 28-dək olan dövrü əhatə edən materiallar - Bakıda keçirilən
türkdilli ölkələrin
dövlət başçılarının
altıncı zirvə
görüşündəki dərin məzmunlu çıxışı, forumda
iştirak edən görkəmli siyasi xadimlərlə danışıqları,
bəyanat və müsahibələri toplanmışdır.
Kitabda, həmçinin
ümummilli liderin
"Kitabi-Dədə Qorqud"un
1300 illik təntənəli
yubileyi mərasimində
söylədiyi parlaq nitqi, bu tədbirə
xarici ölkələrdən
gəlmiş qonaqlar, eləcə də Azərbaycanı təmsil
edən tanınmış
elm, mədəniyyət, incəsənət,
ictimai-siyasi xadimlər
ilə keçirilən
görüşləri barədə
materiallar öz əksini tapmışdır.
Bu cilddə, eyni zamanda, Heydər
Əliyevin türk dünyasının böyük oğlu
İhsan Doğramacı və onu müşayiət edən
şəxslərlə görüşü,
apardığı söhbətləri, alimin 85 illik yubileyinə
həsr edilmiş təntənəli gecədə söylədiyi
nitqi verilmişdir.
Bütün
cildlərdə olduğu kimi, bu cilddə də ulu öndərin
Azərbaycanın sürətli iqtisadi yüksəlişinə,
xalqımızın rifahı və tərəqqisi naminə
aparılan geniş islahatlara, eləcə də ictimai-siyasi həyatın
mühüm məsələlərinə həsr olunmuş
materiallar toplanmışdır.
AzərTAc-ın
materialları əsasında hazırlanmış
çoxcildliyin bu kitabında oxucular ümummilli lider Heydər
Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti
Süleyman Dəmirələ "Azərbaycan
Respublikasının fəxri vətəndaşı"
adının verilməsi, Bakı türk şəhidliyinin və
xatirə abidəsinin açılışı mərasimlərində
nitqləri, Bakı hava limanı kompleksinin işi ilə əlaqədar
keçirilən müşavirədə, "Kitabi-Dədə
Qorqud" dastanının 1300 illik yubileyi üzrə dövlət
komissiyasının yekun iclasında
çıxışları və s. ilə də
tanış ola biləcəklər.
AzərTAc
Azərbaycan.-2009.-30 aprel.-S.2.