Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın
inkişafı üçün
geniş imkanlar var
Aprelin 29-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının
sədri Fikrət Məmmədov Avropa Şurası Baş katibinin Azərbaycandakı
xüsusi nümayəndəsi
xanım Veronika Kotek ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin
mətbuat xidmətindən
bildirmişlər ki, ölkəmizdə məhkəmə-hüquq
sisteminin inkişafı
üzrə Avropa Şurası ilə birgə irimiqyaslı tədbirlərin həyata
keçirildiyini vurğulayan
nazir, hüquqi tədris sahəsində işləri qeyd etmiş, xüsusilə geniş dinləyici dairəsinə malik olan Ədliyyə Akademiyasının dövlətimizin
başçısı tərəfindən
yüksək statusunun
müəyyən edildiyini
bildirmişdir.
Avropa Şurasının Azərbaycanla
əməkdaşlığının perspektivlərindən danışan
xanım V.Kotek təmsil etdiyi qurumun ölkəmizlə qarşılıqlı fəaliyyətin
daha da genişləndirilməsinə
hazır olduğunu vurğulamış, Ədliyyə
Nazirliyi ilə qurulmuş səmərəli
və işgüzar əlaqələrdən böyük
məmnunluğunu ifadə
etmişdir.
Görüşdə əməkdaşlığa
dair konkret təkliflər irəli sürülmüş, Ədliyyə
Akademiyasının işinin
təşkili, tədris
prosesinin səmərəliliyinin
artırılması, Ədalət
Mühakiməsinin Səmərəliliyi
üzrə Avropa Komissiyası (CEPEJ) ilə
qarşılıqlı fəaliyyət
və digər aktual məsələlər
müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-30 aprel.-S.2.