YAP-ın sədr müavini Polşa Prezidenti dəftərxanasının beynəlxalq
əlaqələr departamentinin rəisi, nazir Mariuş Handzliklə görüş
keçirmişdir
Yeni Azərbaycan
Partiyasının sədr
müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov aprelin 28-də
Polşa Prezidenti dəftərxanasının beynəlxalq
əlaqələr departamentinin
rəisi, dövlət
katibinin müavini, nazir Mariuş Handzlik ilə görüşmüşdür.
Polşa ilə Azərbaycan dövlətləri arasında
münasibətlərin strateji
xarakter daşıdığını
vurğulayan M.Handzlik Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində
bu əlaqələrin
daha da genişləndiyini
qeyd etmişdir. Azərbaycanın ərazi bütövlüyünün
Polşa tərəfindən
daim dəstəkləndiyini
deyən nazir ölkəmizin Polşa üçün regionda ən mühüm tərəfdaş dövlət
olduğunu qeyd etmişdir.
Əli Əhmədov Azərbaycan-Polşa
əlaqələrinin daim
ölkə Prezidenti İlham Əliyevin diqqət mərkəzində
olduğunu bildirmiş
və bu münasibətlərin getdikcə
daha da inkişaf
və dərinləşməsi
naminə Yeni Azərbaycan Partiyasının
səylərini əsirgəməyəcəyini
xüsusi qeyd etmişdir.
Görüşün sonunda nazir Mariuş
Handzlik Polşa Respublikasının Prezidenti
Lex Kaçinskinin səmimi salamlarını
Azərbaycanın dövlət
başçısı İlham
Əliyevə çatdırmağı
xahiş etmişdir.
AzərTAc
Azərbaycan.-2009.- 30 aprel.-S.2.