Nazirlər Kabinetində müşavirə keçirilmişdir

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 28-də Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə respublika ərazisində "donuz qripi" xəstəliyinin profilaktikasına dair müşavirə keçirilmişdir.

Müşavirədə Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya Təbii Sərvətlər, İqtisadi İnkişaf, Maliyyə, Fövqəladə Hallar Daxili İşlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin rəhbərləri digər məsul şəxslər iştirak etmişlər. Müzakirələr zamanı bu sahədə görülən görüləcək işlər barədə məlumatlar verilmişdir.

Nəzərə alınmışdır ki, Amerika qitəsində aşkar olunmuş "donuz qripi" xəstəliyinin Azərbaycan ərazisinə sirayət etməsinin qarşısının alınması bu xəstəliyin profilaktikası məqsədi ilə Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti digər aidiyyəti qurumlar lazımi tədbirlər görmüş, xəstəliklə bağlı hər hansı bir problemin qarşısının alınması üçün kifayət qədər dərman preparatları, ləvazimat avadanlıq ehtiyatı yaratmışlar.

Müşavirədə "Azərbaycan Respublikasında qrip pandemiyasına hazırlıq üzrə Milli Plan"ının icrasının sürətləndirilməsi, sərhəd-keçid məntəqələrində xəstəliyə şübhəli şəxslərin askarlanması respublikamıza gətirilən qida məhsulları üzərində nəzarətin gücləndirilməsi, eləcə ölkə ərazisində zəruri epidemioloji, epizootoloji ekoloji nəzarətin daha da gücləndirilməsi barədə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-30 aprel.-S.4.