Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Sabaha inamla" humanitar aksiyasına yekun vurulmuşdur
Aprelin 29-da ümummilli
lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü
münasibətilə Yeni
Azərbaycan Partiyası
(YAP) Gənclər Birliyinin
təşkil etdiyi
"Sabaha inamla" humanitar aksiyasında iştirak etmiş könüllü gənclərin
təltifetmə mərasimi
keçirilmişdir.
YAP Gənclər Birliyinin sədri Ramil Həsənov ahıl və kimsəsiz insanlara diqqət və dəstək məqsədi ilə həyata keçirilmiş
humanitar aksiyada 200-dək
gəncin könüllü
iştirak etdiyini bildirmişdir. Bakının 11 rayonunda təşkil
olunmuş aksiyada paytaxt gəncləri ilə yanaşı, YAP Gənclər Birliyinin Abşeron rayon və Sumqayıt şəhər
təşkilatlarının təmsilçiləri də
iştirak etmişlər.
Mərasimdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov vurğulamışdır ki, ulu öndər, YAP-ın yaradıcısı Heydər Əliyev ahıl və kimsəsiz insanlara daim qayğı göstərməyi tövsiyə edirdi və gənclər bu tövsiyəyə layiqincə əməl edirlər.
Sonra aksiyada fəal iştirak etmiş 26 gənc diplomlarla təltif olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-30 aprel.-S.4.