Folklorumuzun cəfakeşi

 

40 il əvvəl respublika Xalq yaradıcılığı evinin fəaliyyəti barədəki tarixi sənədləri qaydaya salırdıq. Xalq yaradıcılığı evinin direktoru Məbud İsmayılzadə ilə görüşdüyüm zaman bəstəboy, asta yerişli bir nəfər şəxs içəri daxil oldu. Məbud müəllim məni göstərərək dedi: "Səttar müəllim, bu cavan oğlan bizim sənədləri qaydaya salacaq. İstəyirəm ki, illərlə topladığımız sənədlər tullanmasınE"

Dövlət Ədəbiyyat İncəsənət arxivində Xalq yaradıcılığı evinin sənədlərinə nəzarəti mənə tapşırmışdılar. Sənədləri qaydaya saldıq dövlət mühafizəsinə qəbul etdik.

Həmin gündən Səttar müəllimin səmimiyyətinə alüdə oldum. Yazıçı-dramaturq olduğunu biləndə ona şəxsi fondunun yaradılmasını təklif etdim. 1970-ci ildə 100-ə qədər sənəd qəbul edib 228 saylı fondu yaratdıq.

Səttar Axundov 1914-cü ildə Füzuli rayonunun Alxanlı kəndində anadan olmuş, elə orada da ibtidai təhsilini almışdı. O, xatirələrində yazıb: "Atam 1923-cü ildə vəfat etdi, anamın böyük qardaşımın himayəsi altında ibtidai orta məktəbi bitirdim. 1931-1934-cü illərin payızında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil ədəbiyyat şöbəsinə daxil olub, 1938-ci ildə oranı bitirdikdən sonra Nizami adına Ədəbiyyat Dil İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışdım. 1939-cu ilin payızında ordu sıralarına getdim. Müharibə iştirakçısıyamE"

S.Axundovun şəxsi fondundakı materiallar folklora aiddir. 30 ildən çox çalışdığı bu işdə aşıq yaradıcılığını arayıb-axtarmış, nümunələr toplamışdı. O, "Çətin dərə" adlı əsəri ilə ədəbiyyata gəlmişdi. Gənclərimizin cəbhədəki qəhrəmanlığından bəhs edən bu əsər 1942-1943-cü illərdə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. Sonralar isə "Qayğı", "Dostlar", "Məhəbbət nişanı", "Məzəlizadələr", "Almasın qızları", "El gücü, sel gücü", "Nişan üzüyü" başqa pyesləri Naxçıvan, Gəncə, Ağdam, Xankəndi, Mingəçevir, Lənkəran teatrlarında tamaşaçılara təqdim edildi. "Zərif tellər" əsəri isə Akademik Milli Dram Teatrında oynanıldı. "Araz əfsanəsi", "Güllü xalça" hekayələri Azərbaycanın qədim xalçaçılıq sənətindən bəhs edir. Folklor şöbəsinin müdiri işlədiyi zaman Aşıq Teymur, Aşıq Ədhəm, Şeyda Əziz, Əli Məsimov, Nəbi Bayramov, Alxan Babayev başqalarının qoşmalarını toplamışdır. Mir Mehdi Xəzaninin XIX yüzillikdə topladığı şeirlər dəftəri çox maraqlıdır. Orada Q.B.Zakir, M.S.Sabahi, M.P.Vaqif, Aşıq Pəri, Həsən Əli oğlunun şeirləri hələ öz araşdırıcılarını gözləyir.

S.Axundovun yaradıcılığının öyrənilməsi zamanı bir çox məqamlar üzə çıxır ki, bunlar da gələcək nəslə çatdırılmalıdır.

Vaxtilə xalq yazıçısı Mehdi Hüseyn Səttar Axundovun yaradıcılığını qiymətləndirmiş, Azərbaycanın cənub bölgəsinə həsr olunmuş "Araz əfsanəsi" povestini yüksək dəyərləndirmişdi. Hələ sağlığında nəşr olunmuş "Dağlarda", "Məhəbbət nişanəsi", "Kənd ulduzları", "Günlər dayanmışdı", "Qaragilə", "El oğlu" kitablarından başqa, Xalq yaradıcılığı evinə təqdim etdiyi bir neçə kitabları da var ki, o əsərlərdən ən aktuallarını seçib nəşr etməyin vaxtı çatmışdır. Səttar müəllimin toplayıb tərtib etdiyi "Aşıqlar" kitabının da yenidən nəşr olunması onun əməyinə ehtiram əlaməti olardı.

 

 

Maarif Teymur,

S.Mümtaz adına Azərbaycan

Dövlət Ədəbiyyat İncəsənət

arxivinin direktoru

 

Azərbaycan.-2009.-30 aprel.-S.7.