Azərbaycan Respublikası Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Hacıqabul rayonunun Abdulyan kənd inzibati ərazi dairəsi tərkibindəki Abdulyan kəndi Abdulabad kəndi, Abdulyan kənd inzibati ərazi dairəsi Abdulabad kənd inzibati ərazi dairəsi adlandırılsın.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 1 avqust.- S. 1.