"Azərbaycan Respublikası
Hacıqabul rayonunun Abdulyan
kəndinin adının dəyişdirilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan Respublikası
Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini
təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan
qanunvericilik aktlarının "Azərbaycan Respublikası
Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikası Hacıqabul rayonunun
Abdulyan kəndinin adının dəyişdirilməsi
haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 1 avqust.- S. 1.