Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351
nömrəli sərəncamı ilə təsdiq edilmiş "Mineral-xammal
Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə"də
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikasının Mülki Məcəlləsində dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2009-cu il 3 aprel tarixli 782-IIIQD nömrəli qanununun tətbiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 14 may tarixli 92 nömrəli fərmanına
uyğun olaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli
sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 3 (II kitab), maddə 190; 2001-ci il,
¹ 10, maddə 640; 2003-cü il, ¹9, maddə 512; 2008-ci il, ¹ 9,
maddə 798; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 12
may tarixli 87 nömrəli fərmanı) ilə təsdiq
edilmiş "Mineral-xammal Bazasının Bərpası
üzrə Dövlət Fondu haqqında Əsasnamə"nin
3.7-ci bəndində "Baş Dövlət Vergi Müfəttişliyi"
sözləri "Vergilər Nazirliyi" sözləri ilə
əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 1 avqust.- S. 1.