"Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında
dəyişikliklər və əlavələr edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı
"Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 2009-cu il 28
aprel tarixli 804-IIIQD nömrəli qanununun icrasını təmin
etmək məqsədi ilə qərara alıram:
"Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanına
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹8, III kitab, maddə 612; 2001-ci il, ¹ 7, maddə 462, ¹ 10, maddə
640, ¹ 12, maddə 755; 2002-ci il, ¹ 1, maddə 49, ¹ 5, maddələr
260, 275, ¹ 8, maddələr 478, 484, 486; 2003-cü il, ¹ 6, maddə
299, ¹ 8, maddə 434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546,
547, 560, 571, 582; 2004-cü il, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr
138, 141, ¹ 4, maddə 235, ¹5, maddələr 340, 341, 343, 345, 346,
¹ 8, maddələr 607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005;
2005-ci il, ¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr 299, 303, ¹
8, maddə 702, ¹9, maddələr 801, 802, ¹ 12, maddə 1101;
2006-cı il, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹5, maddə
407, ¹ 7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674, 675, 679, ¹ 9,
maddə 743, ¹ 11, maddələr 942, 945; 2007-ci il, ¹ 1, maddə
11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr
767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227;
2008-ci il, ¹ 1, maddə 7, ¹ 3, maddə 186, ¹ 6, maddələr
504, 507, ¹ 7, maddə 617, ¹ 8, maddə 713, ¹9, maddə 798, ¹ 10,
maddə 894, ¹ 11, maddələr 969, 971, 980, ¹12, maddələr
1060, 1061, 1062, 1065; 2009-cu il, ¹ 3, maddə 163, ¹ 4, maddə 226;
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 98
nömrəli fərmanı) aşağıdakı dəyişikliklər
və əlavələr edilsin:
1.1. 2.17-ci bənddə
"324-1-ci" sözü "323.1-ci" sözü ilə
əvəz edilsin;
1.2.
aşağıdakı məzmunda 2.34-cü bənd əlavə
edilsin:
2.34. həmin Məcəllənin
324-1-ci maddəsində "müvafiq icra hakimiyyəti
orqanı" dedikdə Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi nəzərdə
tutulur.
1.3. 3.28-ci bənddən
"228.0.4-cü, 228.0.6-cı" və "237-ci"
sözləri çıxarılsın və
"323-cü" sözü "323.2-ci" sözü ilə
əvəz edilsin;
1.4. 3.35-ci bənddə
"317-ci" sözü "317.2-ci" sözü ilə əvəz
edilsin;
1.5. 3.36-cı bənd
üzrə:
1.5.1. "normativ sənədlərin
tələblərinə" (hər iki halda) sözlərindən
əvvəl "standartların və digər" sözləri
əlavə edilsin və "buraxılması"
sözü "istehsalı" sözü ilə əvəz
edilsin;
1.5.2. "228.0.5-ci"
sözündən əvvəl "228.0.4-cü maddəsində
nəzərdə tutulmuş qanunvericiliyə uyğun olaraq
sertifikatlaşdırılmalı olan, lakin
sertifikatlaşdırılmadan malların istehsalı ilə əlaqədar
işlərə Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi, qanunvericiliyə uyğun olaraq
sertifikatlaşdırılmalı olan, lakin
sertifikatlaşdırılmadan malların satılması,
işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi
ilə əlaqədar işlərə Azərbaycan
Respublikasının İqtisati İnkişaf Nazirliyi,"
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 1 avqust.- S. 1.