Beynəlxalq mühasibat uçotu
standartları üzrə
milli diplomlar təqdim olunmuşdur
İyulun 31-də
Auditorlar Palatasında Azərbaycan mühasibatlığı
tarixində ilk dəfə olaraq müvafiq imtahanı uğurla
vermiş mühasiblərə Beynəlxalq Mühasibat
Uçotu Standartları üzrə milli diplomlar təqdim
olunmuşdur.
Tədbirdə Auditorlar
Palatasının sədri, professor Vahid Novruzov bildirmişdir
ki, mühasiblər üçün təlim kursları
Böyük Britaniyanın Sertifikatlı İmtiyazlı
Mühasiblər Assosiasiyasının Azərbaycanda akkreditə
olunmuş tədris mərkəzi - "G&R Business
Services" MMC-nin (GRBS) mütəxəssisləri tərəfindən
aparılmışdır. Təlim kursları bu ilin mayında
Auditorlar Palatası ilə GRBS arasında imzalanmış əməkdaşlıq
sazişi əsasında keçirilmişdir. Saziş qurumlar
arasında Milli Mühasibat Sisteminin tədrisi və müvafiq
imtahanların keçirilməsi, auditor və mühasib
kadrlarının hazırlanması və yenidən
hazırlanması təcrübəsinin təkmilləşdirilməsi
və digər sahələrdə geniş əməkdaşlığı
nəzərdə tutur.
GRBS-in idarəedici
direktoru Bəhram Qurbanov respublikamızda Beynəlxalq
Mühasibat Uşotu Standartları mövzusunda mövcud təlim
proqramları çərçivəsində tədrisin cari
ilədək yalnız rus və ingilis dillərində
keçirildiyini və qurumun yanvar ayından mühasibatlıq
tarixində ilk dəfə olaraq müvafiq kvalifikasiya üzrə
Azərbaycan dilində tədrisə
başladığını diqqətə
çatdırmışdır.
Sonra iştirakçılara milli
diplomlar təqdim olunmuşdur.
Qeyd edək ki, təlim
kurslarından sonra keçirilmiş imtahan 42 nəfərdən
29-u üçün uğurlu olmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 1 avqust.- S. 5.