Makedoniya Respublikasının Prezidenti zati-aliləri cənab Gyorge İvanova

 

Hörmətli cənab Prezident !

Makedoniyanın milli bayramı – Respublika Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Makedoniya əlaqələrinin hərtərəfli inkişafı, əməkdaşlıq zəminində mövcud imkanların gerçəkləşməsi ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Makedoniya xalqına sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 2 avqust.- S. 1.